Alim Qasımovla qızı ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşır

Xalq Artisti Alim Qasımov və qızı Əməkdar Artist Fərqanə Qasımova ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşırlar.

Etikxeber.az xəbər verir ki, ilk olaraq sənətçilərimiz ABŞ-da konsert proqramı ilə çıxış edəcəklər. Belə ki, gələn ilə planlaşdırılan qastrol səfəri yanvarın 5-dən 16-dək davam edəcək. Konsertdə ABŞ-ın məşhur “Mart Morris” rəqs qrupunun rəqs ifaları altında “Leyli və Məcnun” operasından səhnəciklər təqdim olunacaq. ABŞ-da baş tutacaq konsert proqramı “Yo-Yo Ma” və “İpək Yolu” ansamblının müşayiəti ilə reallaşacaq.

Daha sonra Avstraliyanın Sidney şəhərində konsert proqramı nəzərdə tutulur. Belə ki, Alim Qasımov və qızı Fərqanə Qasımova yanvarın 21-dən başlayaraq iki gün müddətində Sidneydə konsert verəcəklər.

Etikxeber.az

Read Previous

Məmmədyarov: “ABŞ tərəfindən münaqişənin həlli istiqamətində səylər artırılmalıdır”

Read Next

Dairəvi dəmir yolunda 1125 metr yolun əsaslı təmirinə start verilib – “Azərbaycan Dəmir Yolları”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir