Aliment Fondu yaradılmalı, “uşaq pulu” bərpa edilməlidir – FAZİL MUSTAFA

Millət vəkilli Fazil Mustafa Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.

Etikxeber.az-ın xəbərinə görə, o, bu barədə parlamentdə çıxışında qeyd edib ki, iqtisadçıların hesablamalarına əsasən, bu fondun yaradılması üçün 12-13 milyon manat vəsait tələb olunur:

“Uşaqların istismarına, cinzi zorakılığa məruz qalmasına qarşı  ciddi tədbirlər göməliyik.  Çünki bunlar gələcəkdə qurbanlara çevrilmə təhlükəsi olan  təbəqədir. Hesabatda göstərilir ki, filan qədər valideyn tənbeh olundu. Tənbeh olunmaqla, problem həll olunmur ki?! Həmçinin, istismara məruz qalan, zorla əməyə cəlb edilənlər arasında daha çox valideyn himayəsindən məhrum olunmuş uşaqlardır. Bu uşaqların problemi deyil ki,  valideyn himayəsindən məhrum olunub və ya onlara aliment ödəmir.

fazil-mustafa-2

Ona görə bu məsələ həllini tapmalı, Aliment Fondu yaradılmalıdır. İqtisadçıların hesablamalarına əsasənm də bu fondun yaradılması üçün 12-13 milyon manat vəsait tələb olunur və bu, elə də böyük rəqəm deyil.  Həmçinin təklif edirəm ki, 6 yaşına qədər uşaqlara uşaq pulu verilsin.  Hazırda uşaqlar arasında yoxsulluq faizi 10 faizdir. 6 yaşına qədər uşaq pulunun verilməsi üçün büdcədən 120 milyon manat vəsait ayırmaq lazımdır.  Ola bilər ki, imkanlı ailələrin uşaqlarına bu pul verilməsin. Amma  yerdə qalan imkansız ailələrin 6 yaşına qədər uşaqlarına uşaq pulu verilməlidir. Həm də elə mexanizm olmalıdır ki, valdieynlər tərəfindən pul mənimsənilməsin”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

Vilayət Eyvazovun parlamentdə hesabatı başlandı…

Read Next

“Bezmişik, qonşularla yaşadığımız binadan köçmək istəyirik” – DEPUTATLAR QƏZƏBLƏNDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir