Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avropa Kosmik Agentliyinin (ESA) mütəxəssislərinın yaydığı video çox heyrətamiz məqamları ortaya çıxarıb.
Etikxeber.az xarici mətbuata istinadən xəbər verir ki, ESA mütəxəssisləri “Mars-Ekspress” avtomatik planetlərarası stanisyası vasitəsi ilə video çəkiblər.
Müətəxəssislərin hazırladığı videoda Marsdakı çayın hərəkəti öz əksini tapıb.
Mütəxəssislərin “Mawrth Vallis” adı verdiyi bu çayın uzunluğunun 630 km olduğu, bəzi yerlərində isə dərinliyinin 2000 metrə çatdığı bildirilir.
Mütəxəssislər bu çayın yaşının 4 milyard ilə yaxın olduğu qənaətindədirlər.
Mawrth Vallis çayının sahillərində digər planetlərdən düşən çoxsaylı meteor “bombalarının” izləri aydın görünməkdədir.
Çayın məcrası isə gil laylarla örtülüdür. Bu fakt alimlərdə Marsda canlı həyatın olması barədə müəyyən fikirlər formalaşdırmaqdadır.
Etikxeber.az