Alimlər Marsda 630 km uzunluğunda çay aşkar etdi

Avropa Kosmik Agentliyinin  (ESA) mütəxəssislərinın yaydığı video çox heyrətamiz məqamları ortaya çıxarıb.
Etikxeber.az  xarici mətbuata istinadən xəbər verir ki, ESA mütəxəssisləri  “Mars-Ekspress”  avtomatik planetlərarası stanisyası vasitəsi ilə video çəkiblər.
Müətəxəssislərin hazırladığı videoda Marsdakı çayın hərəkəti öz əksini tapıb.
Mütəxəssislərin “Mawrth Vallis” adı verdiyi bu çayın  uzunluğunun 630 km olduğu, bəzi yerlərində isə  dərinliyinin 2000 metrə çatdığı bildirilir.
Mütəxəssislər bu çayın  yaşının 4 milyard ilə yaxın olduğu qənaətindədirlər.
Mawrth Vallis çayının sahillərində digər planetlərdən düşən çoxsaylı meteor “bombalarının” izləri aydın görünməkdədir.
Çayın məcrası isə  gil laylarla örtülüdür. Bu fakt alimlərdə Marsda canlı həyatın olması barədə müəyyən fikirlər formalaşdırmaqdadır.
Etikxeber.az

Read Previous

450 mindən çox yeni iş yeri açılacaq- 2025-ci ilədək

Read Next

Şəhər əhalisinin mənzil təminatı 75 faizə çatdırılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir