Alışovlar ailəsinin tək və subay övladı, 19 yaşlı “Qisas” əməliyyatı Şəhidi-MUSA ALIŞOVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏRASİM DÜZƏNLƏNƏCƏK…

“Qisas” əməliyyatı Şəhidi-əslən Zəngilanlı, özü Bakı doğumlu Musa Tofiq oğlu Alışovun Cənnətdəki ikinci doğum günü, 21 yaşının tamam olması ilə bağlı 11 fevral 2024-cü il tarixində mərasim düzənlənəcək.

Mərasim Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Kosmos” restoranında, saat 12:00-da baş tutacaq.

Mərasimdə Şəhidin valideynləri, yaxlnları, Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Mərasim zamanı Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Şəhid Musa Alışovun ruhuna dualar ediləcək, adına çay-ehsan süfrəsi təşkil olunacaq.

Etikxeber.az xəbər verir ki, məcburi köçkün ailəsindən, əslən Zəngilanlı-Quyudərə Xəştablı olan Musa Alışov 2003-cü ilin fevral ayının 2-də Bakı şəhərinin Sabunçu rayonunda-keçmiş zabit ailəsində dünyaya gəlib.

Atası Tofiq Alışov Birinci Qarabağ Savaşının iştirakçılarından və müharibə veteranlarındandır.

Musa evin-ailənin, Ulduz və Tofiq Alışovların tək və subay övladı olub.

2009-cu ildə Sabunçu rayonunda yerləşən 67 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2018-ci ildə 9-cu sinfi bitirərək, 5 nömrəli Bakı Peşə Liseyinin aşpazlıq ixtisasına qəbul olunub, 2021-ci ildə təhsilini başa vurub və həmin ilin 2 iyul tarixində həqiqi hərbi xidmətə yollanıb.

Öncə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb, sonra-işğaldan azad olunmuş doğma Zəngilan rayonuna göndərilib.

Əvvəl Zəngilan rayonunun Məmmədbəyli kəndində, sonra isə Cahangirbəyli kəndində xidmət keçib, atıcı olub.

Və 2022-ci ilin 13 sentyabr tarixində-“Qisas” əməliyyatı zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Sumqayıt şəhərində Əbədiyyətə uğurlanıb.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Dedim ki, istəyirsən o qızı qaçır…”-Tək və subay övlad, könüllü şəkildə Vətənin müdafiəsinə yollanan və 27 yaşında Şəhidlik məqamına ucalan-GÖYÇAYLI ŞƏMİSTAN İLYAS OĞLU ƏZİZOVUN ANASI ƏMİNƏ ƏZİZOVA… – FOTOLAR

Read Next

Mingəçevirli Şəhid İlkin Ağakişiyevin atası-VƏFAT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir