Allahı unutmayın! – EKS DEPUTAT ELDAR HƏSƏNOVUN MÜDAFİƏSİNƏ QALXDI

Şok! Şok! Şok!

Böyük bir “kəşf”elədilər!

Sən de Belə yerdə türklər demiş: ALLAH, ALLAH!

Tirajlayın, cənablar!

Tapıntınıza şükür!

Adam oturub Avropada dövlətimizin maraqları naminə bütün imkanlarını səfərbər edərək xeyirxah işlərlə məşğul olur, bizlər də burada adi bir məişət münaqişəsini onun ayağına yazırıq!

Burdan-bura bu məsələni araşdırıb əsl günahkarları tapmaq əvəzinə, dünyanın o başında vəzifəsini ləyaqətlə yerinə yetirən Səfirin “ taqsırı”nı nə tez tapdınız, cənablar?

Fantaziyanın da bir sərhədi olar, bəlkə bir az da faktla danışasınız!

Nə vaxtdan Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının—peşəkar MTN, DİN strukturlarının vəzifəsini icra etməyə başlamısınız?!

Hər bir halda onların bildikləri, gördükləri sizlərin uydurmalarınızın yanında əlahəzrət faktlardan ibarətdir!

Əgər bu orqanlar bu yazdıqlarınızı həqiqət kimi qəbul etsəydilər, dövlətçilik naminə kimliyindən asılı olmayaraq, qəti tədbir görərdilər!

Və əgər yazdıqlarınızda 0,0001 faiz həqiqət payı olsaydı, uşaqlıq, gənclik və qocalıq dostumdan dərhal üz döndərərdim.

Çünki o kişinin dövlətə, dövlətinin rəhbərinə, millətinə, ümumən bütün Azərbaycana sonsuz sədaqətinin şahidiyəm!

Unutmayın ki, qələm də su kimi, murdarlığı qəbul etmir.

Qələmi klaviatura əvəz etsə də!

Yazanda vicdanı və Allahı unutmayın.

Əlövsət AĞALAROV,

Sabiq millət vəkili
Etikxeber.az

 

Read Previous

“Yaxşı olardı ki, aşıq sənəti ilə bağlı da qanun olsun” – ƏFLATUN AMAŞOV

Read Next

Hakim Zireç, Coşua Kimix, Luis Suares, Sadio Mane – KİM “ƏN YAXŞI QOL”UN MÜƏLLİFİ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir