Alma bayramı?

Qubada ənənəvi olaraq hər il keçirilən Alma bayramına hazırlıq işlərinə başlanılıb.

Etikxeber.az xəbər verir ki, bu il Alma bayramı oktyabrın 8-də şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq.

2012-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən Alma bayramına xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılacaqlar.

Hazırda Alma bayramına hazırlıq işləri aparılır. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunacaq.

Alma bayramında Azərbaycanın tanınmış incəsənət nümayəndələri ilə yanaşı, xarici ölkələri təmsil edən rəqs qrupları da iştirak edəcək.

Bayram çərçivəsində ən böyük alma və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.

Etikxeber.az

Read Previous

Berlində Bakı-Tbilisi-Qars dəmir yolunda istifadə ediləcək sərnişin vaqonu nümayiş olundu

Read Next

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi “Turizm həftəsi” elan etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir