Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Futbol üzrə İspaniya Super Kubokunun qalibi müəyyənləşib.
Etikxeber.az xəbər verir ki, Mərakeşin Tancer şəhərində təşkil olunmuş görüşdə qalib adı uğrunda “Barselona” ilə “Sevilya” mübarizə aparıb.
Qarşılaşmada hesabı “Sevilya” açıb. 9-cu dəqiqədə Pablo Sarabia fərqlənib. Lakin 42-ci dəqiqədə Jerar Pike tarazlığı bərpa edib. 78-ci dəqiqədə Usman Dembelenin vurduğu daha bir qol Kataloniya klubuna 2:1 hesablı əzmkar qələbə və Super Kubok qazandırıb. Bu, “Barselona”nın tarixində 13-cü Super Kubok zəfəridir.
Qeyd edək ki, Erneste Valverdenin baş məşqçi olduğu komanda ötən mövsüm həm çempionluq, həm də ölkə kubokunu qazanıb. Kubokun finalında “Barsa” məhz “Sevilya”nı 5:0 hesabı ilə yenib. Qaydalara əsasən, hər hansı komanda “qızıl dubl” etdikdə, Superkubok matçında finalçı ilə qarşılaşmalıdır.
Xatırladaq ki, Kataloniya klubu 1983, 1991, 1992, 1994, 1996, 2005, 2006, 2009, 2010, 2011, 2013 və 2016-cı illərdə də İspaniya Super Kubokunu başı üzərinə qaldırmışdı. “Sevilya” isə cəmi bir dəfə – 2007-ci ildə Super Kubokda qələbə sevinci yaşayıb.

Həmçinin, avqustun 12-də “Bavariya” və “Ayntraxt” klubları arasında Almaniya Super kubok uğrunda oyun keçirilib.
Qarşılaşma “Komerz Bank Arena” stadionunda baş tutub. Matç Münxen təmsilçilərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib tərəfin heyətində Levandovskiy (3), Kinqsli Koman və Tiaqo fərqləniblər.
“Bavariya” üçüncü dəfə dalbadal və tarixində yeddinci dəfə Almaniya Super kubokunun qalibi olub.
Etikxeber.az





