“Almaz” tamaşasının yeni səhnə həyatı – 30 il sonra – FOTOLAR

Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli yazıçı-dramaturq Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Etikxeber.az xəbər verir ki, səhnə əsərində Almaz rolunu Əməkdar Artist Məsmə Aslanqızı canlandırıb. Uzun illərdən sonra yeni redaksiyada təqdim olunan tamaşada iştirak edən aktyor heyəti rolları böyük ustalıqla ifa ediblər. Eyni zamanda, əsərin məğzi fonunda cərəyan edən hadisələr tamaşaçı kütləsinə professional şəkildə çatdırılıb.

İki hissəli dramın yeni səhnə həyatı Əməkdar İncəsənət Xadimi Əli Əmirliyə məxsusdur. Tamaşanın elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərov, bədii rəhbəri Xalq Artisti Azərpaşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı isə Xalq Artisti Siyavuş Kərimidir.

Ceyran Həsənli tərəfindən idarə olunan səhnə əsərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Hacı İsmayılov, Firəngiz Mütəllimova, Əməkdar artistlər Sabir Məmmədov , Kazım Abdullayev , Aslan Şirin, Əli Nur, Əjdər Həmidov, Ayşad Məmmədov, Elşən Cəbrayılov, aktyorlar Rada Nəsibova və Mətləb Abdullayev ifa ediblər.

Qeyd edək ki, C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də təqdim olunub.

almaz-1

Etikxeber.az

Read Previous

Politoloq: “Lider TV-nin əməkdaşının Lavrova sualına görə işdən çıxarılması xəbəri doğrudursa…”

Read Next

Alonso bu yay bitirir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir