Alonso bu yay bitirir…

Münxenin “Bavariya” futbol klubunun ispaniyalı yarımmüdafiəçisi Xabi Alonso karyerasını bitirəcəyini açıqlayıb.

Etikxeber.az “Bild” qəzetinə istinadla xəbər verir ki, 35 yaşlı futbolçunun Almaniya çempionu ilə müqaviləsinin müddəti məhz mövsümün sonunda başa çatacaq. Alonso həmin vaxtdan sonra yeni klub axtarışına çıxmayacağını və karyerasını bitirmək qərarını qətiləşdirdiyini deyib.

İspaniya yığmasının keçmiş üzvünün məşqçiliklə məşğul olub-olmaması hələ müəyyənləşməyib.

Qeyd edək ki, əvvəllər “Liverpul” və “Real Madrid” komandalarında çıxış etmış ispaniyalı futbolçu 2014-cü ildən “Bavariya”nın uğurları üçün çalışır. Onun cari mövsümdə 18 oyuna 3 qolu var.

Etikxeber.az

Read Previous

“Almaz” tamaşasının yeni səhnə həyatı – 30 il sonra – FOTOLAR

Read Next

AZƏRBAYCANIN VƏ AMERİKANIN “20 YANVAR”I – Deputat

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir