Alonso mövsümün sonunda karyerasını başa vuracaq

“Bavariya” klubunun ispaniyalı yarımmüdafiəçisi Xabi Alonso mövsümün sonunda karyerasını başa vuracağını bəyan edib.

Etikxeber.az Münxen klubunun saytına istinadla xəbər verir ki, 2014-cü ildən “Bavariya”da çıxış edən 35 yaşlı futbolçu belə bir qərar qəbul etməsinin asan olmadığını bildirərək deyib: Karyeramı zirvədə ikən başa vurmaq istəyirəm. “Bavariya”da oynadığım və bu ailənin üzvü olduğum ilə son dərəcə fəxr edirəm və buna görə çox xoşbəxtəm”.

On səkkiz illik karyerası ərzində “Real Sosiedad”, “Liverpul”, “Real Madrid” və “Bavariya” kimi güclü klublarda forma geyən X.Alonso 2005-ci və 2014-cü illərdə UEFA Çempionlar Liqasının, 2005-ci ildə UEFA Super Kubokunun qalibi olub. O, 2012-ci ildə “Real”ın heyətində İspaniya, 2015-ci və 2016-cı illərdə “Bavariya” ilə Almaniya çempionu olub.

Xabi Alonso 114 dəfə yer aldığı İspaniya milli komandasının heyətində 2010-cu ildə dünya, 2008-ci və 2012-ci illərdə Avropa çempionu adını qazanıb.

Etikxeber.az

Read Previous

Ali məktəblərə qəbul olan tələbələrin sayı 6,7 faiz artıb- RƏSMİ

Read Next

İbrahimoviç “Mançester Yunayted”dən ayrılır?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir