Alsu Leyla Əliyevanın sözlərinə yazılmış mahnı ifa etdi

Rusiyalı müğənni Alsu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə yazılmış “Mən bir az ağlayım” (“Я пойду чуть-чуть поплачу”) mahnısını ifa edib.

Etikxeber.az-ın məlumatına görə, mahnı əsasında çəkilmiş yeni klip “YouTube” da ilk dəfə təqdim olunub.

Qeyd edək ki, bu yaxınlarda Alsunun üçüncü övladı – Rafel adlı oğlu dünyaya gəlib. Klip müğənninin həyatında baş vermiş bu xoş hadisədən sonra ilk yaradıcılıq işidir.

“Mən bir az ağlayım” mahnısını müğənni gitaranın müşayiəti ilə ifa edir. Lirik kompozisiyada təsvir olunan romantik qəhrəman qəlbindəki iztirablara baxmayaraq, füsunkarlığını itirmir.

Mahnını Nigar Çəndirli və Dmitri Klimaşenko bəstələyib. Klipin rejissoru Mariya Unjakova və Pavel Sidorovdur.

Etikxeber.az

 

Read Previous

“Nazirdən xahiş etdim ki, paket yox, maaşları qaldırsın…” – MÜTTƏHİM

Read Next

Futbolçuların xatirəsi Azərbaycanda da bir dəqiqəlik sükutla anılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir