“Altılar” platformasının qurulması ilə bağlı danışıqlar davam edir”-ƏRDOĞAN

Xüsusilə üzərində durduğumuz məsələ Cənubi Qafqazda daimi sülhü bərpa etməkdir.

Etikxeber.az məlumat verir ki, bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan deyib ki, Cənubi Qafqazda “6-lar” platformasının qurulması ilə bağlı danışıqlar davam edir.

“Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan olaraq birgə addımı ataq, bölgədə sülh yaradaq. Bu mövzuda cənab İlham Əliyev zatən Ermənistana sülh təklifi edib. Əgər bu ölkələr hamısı müsbət yanaşarsa, bu platforma yaradılacaq və bölgə barış hövzəsinə çevriləcək”-deyən Türkiyə Prezidenti yalnız bu halda Ermənistanla əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyini sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Daha 2261 yeni yoluxma-DAHA 25 ÖLÜM…

Read Next

“İstəyirəm ki, qızım məhz qardaşının-Şəhidimin, İlkinimin musiqi təhsili aldığı məktəbdə öz ixtisasına uyğun işlə təmin olunsun… Başqa bir arzum, istəyim yoxdur…”-ŞƏHİD İLKİN AĞAKİŞİYEVİN ATASI ELXAN AĞAKİŞİYEV MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir