Amaşov Elmar Vəliyevə sui-qəsdlə bağlı nə dedi?

Əflatun Amaşov Elmar Vəliyevlə bağlı mediaya səsləndi: Dedi-qodulara əhəmiyyət verməyin

Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri, millət vəkili  Əflatun Amaşov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı hücumla bağlı ölkə mediasında yer alan məlumatlarla bağlı bəyanat verib.

Etikxeber.az-ın xəbərinə görə, Ə. Amaşov bəyanatında qeyd edib ki, silahlı hücum həqiqətən də olub və bunu edən şəxs saxlanılıb, həmçinin,  hadisə nəticəsində icra başçısının mühafizəçisi yaralanıb.

“Onun özünün vəziyyəti yaxşıdır”-deyə, qeyd edən AMŞ sədri bildirib ki, lakin bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə profilləri E.Vəliyevin həyatını itirdiyinə dair deyilənləri fakt kimi ictimailəşdirməyə çalışırlar.

O, artıq rəsmi strukturların da hadisə ilə bağlı  birgə məlumat yaydığını, görülən tədbirlərin ölkə prezidentinin nəzarətində olduğunu da  sözlərinə əlavə edib.

“Bir qrup isə məsələni dünən və bu gün ölkədə yaranmış elektrik enerjisi problemi ilə əlaqələndirərək öncəgörücülük edir, mülahizələr yürüdürlər. Nəzərə alaq ki, söhbət ölkənin ikinci böyük şəhərinin ölkə Prezidenti tərəfindən təyin edilmiş başçısından gedir. Hazırkı durumda jurnalist peşəkarlığı yalnız rəsmi məlumatlara istinaddan, dedi-qodulara əhəmiyyət verməməkdən keçir. Çox istərdim ki, media təmsilçilərimiz buna xüsusi diqqət yetirsinlər. Cəmiyyətdə çaşqınlıq yarada bilmə ehtimalı yüksək olan fikir və düşüncələrin ictimai rəydə reallıq kimi qəbul olunmaması son dərəcə vacibdir”- deyə, Ə.Amaşov bəyanatında sonra qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Səkkizdəbir final mərhələsinə yekun vuruldu – İsveç-İsveçrə-1:0, İngiltərə-Kolumbiya-5:4 – YENİLƏNİB – (2)

Read Next

“Əks təqdirdə, problemin ədalətli həlli üçün imkanlar xeyli məhdud olur…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir