“AMEA-nın professoru” adının verilməsi üzrə ekspert komissiyası yaradılıb- AÇIQLAMA

“AMEA-nın professoru” elmi adı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas funksiya və vəzifələrinin həyata keçirilməsində xüsusi xidmətlər göstərmiş Azərbaycan alimlərinin əməyinin qiymətləndirilməsi məqsədilə verilir.

Etikxeber.az-ın xəbərinə görə, bunu AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclasında bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov deyib.

Akademik “AMEA-nın professoru” elmi adının verilməsi üzrə BTEB-in nəzdində ekspert komissiyasının yaradıldığını söyləyib.

İclasda komissiyanın elmi katibi və üzvləri seçilib.

Bölmənin rəhbəri BTEB-nin elmi təşkilatlarının AMEA-nın ümumi yığıncağında təqdim olunması üçün hazırladığı videoçarxlar, sərgi materialları barədə də məlumat verib.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev bir qrup alimin həmmüəllif olduğu “Azərbaycan milli torpaq təsnifatının beynəlxalq sistemə inteqrasiyası” əlyazmasının çap olunması barədə məlumatı diqqətə çatdırıb.

Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov akademiyanın elmi müəssisə və təşkilatları arasında ötən il üçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytların müəyyənləşdirilməsi ilə bağlı aparılan monitorinqin nəticələrindən danışıb.

Tibb problemləri üzrə elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Nuru Bayramov dissertasiyaların və tədqiqat üsullarının elektron qeydiyyat bazası barədə təqdimatla çıxış edib. Bildirilib ki, bu baza vasitəsilə elmi məqalə və dissertasiyalarda təkrarçılıq aradan qaldırılacaq, tədqiqat üsulları daha səmərəli olacaq.

İclasda bir sıra elmi təşkilati və kadr məsələləri də müzakirə olunub.

Etikxeber.az

Read Previous

Püşkatmanın nəticələri futbol istisna olmaqla bizim üçün əlverişlidir – MOK RƏSMİSİ

Read Next

“Zatən deyilməsi mümkün olan yeganə “Sözü” onlar demiş…” – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir