Amerikalı jurnalist: “Prezidenti təhqir etdiyim üçün ondan 2023-cü ildə üzr istəyərəm…”

Prezidenti təhqir edən jurnalist ondan 2023-cü ildə üzr istəməyə hazır olduğunu bəyan edib.
 
Etikxeber.az xəbər verir ki,  Rusiya prezidenti Vladimir Putini  qatil adlandıraraq onu təhqir edən Amerikanın Fox News telekanalının aparıcısı Bill Oreyli  işlətdiyi ifadəyə görə üzr istəməyəcəyinə işarə edib.
Qeyd edək ki, Putinin mətbuat katibi Dmitriy Peskov  amerikalı tele-aparıcının  Rusiya prezidentinin ünvanına səsləndirdiyi ifadəyə görə üzr istəməsini tələb edib.
Putindən üzr istəməsi məsələsinə aydınlıq gətirən amerikalı jurnalist deyib ki, o, hələlik bu barədə düşünmür:
“Ancaq bu,  bir az zaman alacaq. Bu, məsələn 2023-cü ildə baş tuta bilər”.
Onu da əlavə edək ki, amerikalı jurnalist  prezident Donald Trampla müsahibədə  Moskvanın ünvanına sərt  ittihamlar səsləndirərək, Putini şəxsən qatil adlandırıb.
Etikxeber.az

Read Previous

Zahid Oruc: “Jirinovski “ideyası” ilə nəinki digər xalqları, heç öz Rus xalqını inandıra bilməyəcək ki… “

Read Next

Aşkar edilən zəlilər təbiətə qaytarılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir