Amerikalıların 22 faizi Rusiyanı düşmən ölkə hesab edir – SORĞU

ABŞ vətəndaşlarının 22 faizi Rusiyanı düşmən hesab edir.

Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə,  bu barədə “YouGov” şirkətinin keçirdiyi sorğunun nəticələrinə dair hesabatda deyilir.

Respondentlərin 33 faizi isə Rusiyanı “dost olmayan ölkə” adlandırıb.

Prezident seçkilərində Hillari Klintona səs verənlər arasında Rusiyanı düşmən hesab edənlərin sayı Donald Trampa səs verənlərdən 4 dəfə çoxdur. Respondentlərin 19 faizi isə Rusiyanı müttəfiq və dost ölkə hesab etdiyini açıqlayıb.

Qeyd edək ki, 28 yanvar -1 fevral tarixlərində keçirilən sorğuda 1313 respondent iştirak edib.

Etikxeber.az

Read Previous

Yeni çip “iPhone 8” smartfonunu məsafədən enerji ilə dolduracaq?!

Read Next

Barmaqların uzunluğu gəlir səviyyəsi barədə məlumat verirmiş…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir