“Amerikanın terrorçulara qarşı mövqeyi bəllidir”- Şon Spayser

“Türkiyə ilə Amerikanın arasına kimsənin girməsinə izin verməyəcəyik”.

Etikxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Ağ Evin yeni mətbuat katibi Şon Spayser ABŞ-ın 45-ci prezidenti Donald Trampın inaqurasiya mərasimi zamanı mətbuata açıqlamasında belə deyib.

O, bildirib ki, Amerikanı yenidən ən güclü edəcəyik, bu gün keçirilən inaqurasiya mərasimi buna misaldır.

ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fəthullah Gülənin Türkiyəyə ekstradisiyasına gəlincə Ş. Spayser qeyd edib ki, Amerikanın terroristlərə qarşı mövqeyi bəllidir.

“Fəthullah Gülənin terrorist olub-olmadığını arşadırırıq. Yaxın günlərdə hər şey məlum olacaq”– deyə,  Ş. Spayser əlavə edib.

Etikxeber.az

Read Previous

Karlos məşqçi postundan imtina edib

Read Next

Növbəti depozit hərracı keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir