Amin Musayev Azərbaycana qaytarıldı-AİLƏSİ ALİ BAŞ KOMANDANA MİNNƏTDARLIQ ETDİ…

Ermənistanın əsirliyində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayev Azərbaycana qaytarılıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə hərbi qulluqçunun xalası Nübar Abadova deyib.

N.Abadova qeyd edib ki, ilk xəbəri internet resurslarından eşidiblər:

“Daha sonra özü ilə telefon əlaqəsi yaratdıq. Anası ilə danışdı. Dedi ki, Bakıda xəstəxanaya yerləşdirilib. Vəziyyəti yaxşıdır”.

Ailə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib:

“Aminin anasının, qohumların, ağstafalıların, həmçinin bütün Azərbaycan xalqının adından təşəkkür edirəm. Allah onu var eləsin. O bizim üçün bu gün hər şeyi verdi. O, Azərbaycan xalqının görən gözü, beyni, sərkərdəsidir. Sevincimizin həddi-hüdudu yoxdur. Ali Baş Komandan Amini bizə sağ-salamat qaytardı. Var olsun Prezidentimiz, yaşasın Ali Baş Komandanımız” (APA).

Yeri gəlmişkən, A.Musayevlə yanaşı digər əsir və girovlar, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov təyyarə ilə Bakıya gətirilib.

Bu gün erməni əsirliyindən azad olunaraq Vətənə gətirilən əsir və girovlar bunlardır:

Emin Baxşəliyev

Amin Musayev

Yəhya Abdinov

Şərif Əliyev

Ömər Ələkbərov

Nurəddin Yolçuyev

Bayram Kərimov

Şahbaz Quliyev

Dilqəm Əsgərov.

Etikxeber.az

Read Previous

“Qorxmaz hərbçimiz erməni postuna girərkən Şəhid olub… Şəhid gizirimiz Ceyhun ailəli idi, 2 övladı yadigar qalıb…”-MİLLƏT VƏKİLİ YAZDI

Read Next

“Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir…”-TAHİR MİRKİŞİLİ – SİYAVUŞ NOVRUZOVDAN BANKLARA İTTİHAM, QÜDRƏT HƏSƏNQULİYEV VƏ VAHİD ƏHMƏDOVDAN BANKLARA ÇAĞIRIŞ YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir