Amin Zərbaliyev Azərbaycanın xarici ticarət istiqamətlərindən-YAZDI

Azərbaycan strateji coğrafi mövqeyi və zəngin enerji resursları ilə önəmli iqtisadi potensiala malik olan bir ölkədir.

Özünü əsasən neft və qaz tədarükçüsü kimi tanıtan Azərbaycan, son illərdə qeyri-neft sektorunun inkişafına diqqət ayıraraq, iqtisadi diversifikasiya proseslərini sürətləndirib.

Bu müddət ərzində ölkənin xarici ticarət istiqamətləri və beynəlxalq inkişaf proyektləri ilə dəstəklənib.

Azərbaycanın xarici ticarət stratejiyası, enerji tədarükündəki möhkəmlənmiş rolu ilə əlaqədar intensivdir. Bakı-Tiflis-Ceyhan (BTC) və TANAP kimi böyük enerji tranzit layihələri, Azərbaycanın neft və qazını Cənubi Qafqazdan Avropaya nəql etməsini təmin edir.

Bu layihələr, ölkənin enerji tədarükçüsü kimi mövqeyini möhkəmləndirir və regionda enerji təhlükəsizliyini artırır. Azərbaycanın qeyri-neft sektorunun inkişafı, qida məhsulları, kimya sənayesi, texstil və digər sənayi sahələrinin ixracı potensialını artıraraq, xarici ticarət portfelini diversifikasiya etməyə yardım edir.

Bu sahələrdə müxtəlif ölkələrlə ticarət əlaqələri inkişaf etdirilir və beynəlxalq bazarlarda mövcudluğunu genişləndirir. Ümumiyyətlə, ixrac və idxal potensialından tam şəkildə və səmərəli istifadə edildiyi, habelə iqtisadiyyatın birbaşa dünya bazarının tələbinin ödənilməsinə yönəldiyi üçün respublikamızda milli təsərrüfat çox dinamik inkişaf edir.

Həmçinin, dünya bazarında kəskin rəqabətin təsiri ilə milli müəssisələrin istehlak texnologiyalarının keyfiyyəti yüksəlir, əmtəə və xidmətlərin qiyməti aşağı düşür, beləliklə də əhalinin rifah halı yüksəlir. Buna görə də respublikamızda ümumən xarici ticarətin, o cümlədən sahə iqtisadiyyatının genişləndirilməsinə milli iqtisadiyyatın inkişaf etdirilməsinin mühüm amillərdən biri kimi baxılır.

Azərbaycan təkcə özünü təmin edəcək səviyyədə deyil, həm də Avropa və dünya təchizat sistemində səmərəli şəkildə iştirak edə biləcək miqdarda istehsal və resurs ehtiyatlarına malikdir. Beynəlxalq ticarət və əlaqələrin genişləndirilməsi üçün Azərbaycan bir sıra strateji inkişaf proyektləri həyata keçirir.

Bu proyektlər ölkənin iqtisadi diversifikasiyasını dəstəkləyir və beynəlxalq iqtisadi əməkdaşlığı artırır. Azərbaycanın mövcud iqtisadi potensialı bir tərəfdən ixracda hazır məhsulların xüsusi çəkisini artırmaq üçün, digər tərəfdən isə idxalı əvəz edən istehsalın təşkili üçün yaxşı zəmin yaradır. Bu işdə xarici investisiyaların da Azərbaycana cəlb edilməsi xüsusi rol oynayır.

Beləliklə, ölkəmizdə mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış, münbit şərait, respublikamızın yerləşdiyi əlverişli coğrafi mövqe nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır. Bununla, həm də daxili istehsalın həcminin genişlənməsinə stimulverici şərait yaranır, son nəticədə Azərbaycanın iqtisadi qüdrəti daha da artır.

Beynəlxalq ticarət istənilən dövlətin dünya iqtisadiyyatına inteqrasiyasında vacib rol oynayan faktorlarından biri kimi qiymətləndirilməlidir. Müstəqillik əldə etməmişdən öncə Azərbaycan keçmiş Sovet İttifaqının üzvü olduğundan onun xarici ticarət siyasəti üzərində güclü dövlət nəzarəti mövcud idi və ticarət əməliyyatları daha çox keçmiş SSRİ-yə üzv ölkələrlə aparılırdı.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan iqtisadi azadlıq əldə etməsi ilə milli iqtisadiyyatı inkişaf etdirmək ucun yeni imkanlar yarandı, bu sahədə aparılan İqtisadi islahatlar dünya ölkələri ilə əlaqələrin genişlənməsinə səbəb oldu.

Son illərdə xarici ticarət sahəsində həyata keçirilən tədbirlər xarici ticarət sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə, xarici ticarət əlaqələrinin genişlənməsinə, ticarət dövriyyəsinin strukturunun təkmilləşdirilməsinə, ölkəyə valyuta daxil olmalarının artmasına, qeyri-neft ixracının artmasına gətirib çıxarır ki, bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının güclənməsinə öz töhfəsini verir.

Amin ZƏRBALİYEV,

UNEC-Türk Dünyası İqtisad Fakültəsinin tələbəsi

Etikxeber.az

Read Previous

Şəhid xanımının- Şəhid ailələrinə “Qayğı” Cəmiyyətinin Sabunçu rayon təşkilatı sədrinin təşəbbüsü və Şəhid ailələrinin iştirakı ilə-QURBAN BAYRAMINA HƏSR OLUNMUŞ TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Goranboylu Şəhid atası Məhəmməd Qurbanov-DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir