Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
20 yanvar – QARA YANVAR adlandırılsa da, bu qanlı olaylar Azərbaycan tarixində xalqımızın milli azadlıq,demokratiya və müstəqil dövlət quruuculuğu uğrunda mübarizənin şərəfli səhifəsidir!!!
1990-ci ilin qanlı 20 yanvarından 28 il keçir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Sovet rejiminin xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmiş bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının milli azadlıq və demokratiya uğrunda mübarizəsini boğmaq, xalqı qorxutmaq,mübarizədən çəkindirmək, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Amma əks, həm də bumeranq effekti verdi… 1990-ci ilin qanlı 20 yanvarında Sovet Ordusunun Bakıda əhaliyə qarşı öz vəhşiliyinə görə bütün əndazələri aşaraq törətdiyi bu qətlamla Kommunist rejiminin və onun əsas dayağı olan Sovet Ordusunun maskası tam yırtıldı: Həmişə özünü xilaskar ordu kimi qələmə verən Sovet Ordusunun 1990-ci ilin qanlı 20 yanvarında özünü ana, uşaq, qoca qatilləri kimi göstərdi.Sovet rejimi 20 yanvarda törətdiyi qətlamla Bakıda öz tarixində görmədiyi müqavimətlə rastlaşdı.

Milli, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq əhalinin bütün təbəqələrini əhatə edən milyonlarla insan keçələrə axışıb öz etiraz səslərini ucaltdılar,televiziyanın fəaliyyətini dayandırdıqlarına və bütün digər maneələrə baxmayaraq,informasiya blokadasını yarıb Sovet imperiyasınınəsl simasını dünyaya göstərə bildik. Ən adı, sədə azərbaycanlıdan tutmuş bu qanlı olayları törədən əsas səbəbkar- Kommunist Partiyasının ən yüksək məqamı olan Siyasi Bürü üzvü səviyyəsinə yüksələn azərbaycanlıya qədər,yəni hamı bu qanlı qıtlamın səbəbkarlarını ittiham etdi. 20 yanvar- hadisələri Azərbaycan xalqının təfəkkürünü sovet universitetırinin 70 il ərzində irəlilətdiyindən daha çox irəlilətdi,birləşdirdi,bir yerə toparladı, milli azadlıq, demokratiya və müstəqil dövlət qurmaq əzəmini daha da gücləndirdi,sovet sistemini dağılması prosesini Sovet ordusunun Tiflisdə, Vilnüsdə törətdikləri yox, məhz Bakı qətlamından doğan müqavimət hərəkatı sürətləndirdi.
Hər il qanlı 20 Yanvar- qan yaddaşımızın təzələndiyi gün, hüzn günü kimi qeyd olunur. Allah 20 yanvar şəhidləri də daxil olmaqla bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhunu şad eləməkdən ötrü 20 Yanvarı hüzn günündən daha çox, Azərbaycan xalqının öz azadlığı, demokratiya, müstəqil dövlət quruculuğu uğrunda Sovet İmperiyasına qarşı mübarizə tariximizin şərəfli səhifələrindən biri kimi ölkmizdə və xaricdə geniş şəkildə qeyd etməklə,ən əsası isə bütün qüvvələrimizi səfərbər edib,işğal altında ölan torpaqlarımızı azad etməkmlə şad edə bilərik.
Bundan ötrü güclü iqtisadiyyat-güclü ordu tandemindən səmərəli istifadə,ümummilli məsələlərdə həmrəyliyimizin, birliyimizin daha da gücləndirilməsi və digər məlum şərtlələ yanaşı, bizim üçün bir dəyər olan və 100 illiyini qeyd etməyə hazırlaşdıımız Azərbaycan Xalq Cümhuriyyıtinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri qoruyub saxlamaq, həm də bir müqədəs borc kimi həmin ənənələri yaşatmaq,inkişaf etdirmək həyatımıza daha çox tətbiq etmək istiqamətində səylərimizi fikirdə,sözdə və işdə artırmalıyıq.
Əli MƏSİMLİ,
Millət vəkili
Etikxeber.az





