“Amnistiya ilə bağlı verilən 3 ay müddəti həddən artıq az vaxtdır” – DEPUTAT

Millət vəkilləri vergi amnistiyası ilə bağlı tətbiq olunan 3 ay müddətinin həddindən artıq az olduğunu və bunun effekt verməyəcəyi düşüncəsindədirlər.
Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  bu gün keçirilən iclasında “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunub.
“Amnistiya ilə bağlı verilən 3 ay müddəti həddən artıq az vaxtdır”
 Millət vəkili Vahid Əhmədov  müzakirəyə çıxarılan  qanun layihəsini mütərəqqi qanun layihəsi hesab edərək bildirib ki,  bu, sahibkarların vergi yükünün azaldılmasında  müstəsna rol oynayacaq.
“Bir neçə il bundan öncə  vergi borcunun 4 milyard olduğunu diqqətə çəkərək, bunun həddindən artıq olmasından narahatlığımızı ifadə edirdik. Ancaq indi bu vergi borcunun həcmi 1,5 mlrd manat həcminə enib.  Müzakirəyə çıxarılan qanuna əsasən isə 600 mln manatdan artıq  maliyyə sanksiyasının silinməsi nəticəsində  bu həcm 900 mln manata enəcək ki, bu da elə də qorxulu rəqəm deyil.  Qanun layihəsi mütərəqiqi olsa da, burada müəyyən problem yaradacaq  məsələ var. Bu da ondan ibarətdir ki,  amnistiya ilə bağlı verilən 3 ay müddəti həddən artıq az vaxtdır. Özü də ki, bu elə aylardır ki, isətr dövlət, istərsə də qeyri-dövlət müəssisələri üçün çətin maliyyə dövrü hesab olunur. Yəni, ilin əvvəli olduğdundan burada ciddi problemlət yaranır. Ona görə də təklif edirəm ki, bu müddət 6 aya qaldırılsın”- deyə, V. Əhmədov bildirib.
“Effekt verməyəcək”
 Millət vəkili Əli Məsimli də  qanun layihəsində nəzərdə tutulan 3 aylıq müddətin az olmasına diqqət çəkərək bildirdibki, bu, lazımi effekti verməyəcək:
“Ona görə də  bu vaxtın 6 aya qaldırlmasını təklif edirəm”.
Millət vəkili İlham Əliyev, millət vəkili Cavid Qurbanov, komitə sədri Ziyad Səmədzadə də qanun layihəsində vergi amnistasiya ilə bağlı nəzərdə tutulan 3 ay müddətin  6 aya qaldırlmasının vacibliyini qeyd edərək, qanun təşəbbüsü ilə çıxış edən qurumu bu təklifi nəzərə almağı tövsiyə ediblər.
Etikxeber.az

Read Previous

“Azərsu”-nun 20,5 milyon manat vergi, 2,5 milyon manat əlavə borcu var – RƏSMİ

Read Next

“İtkin düşən neftçilərin axtarışları davam etdirilir…” – Xoşbəxt Yusifzadə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir