“Ana əllərinin istisinə həsrət qalan Zəhramız bu gün atalı-analı uşaqlardan seçilmədisə, onun yaşadığı sevincin xoşbəxtliyini biz də dadıb, ürəkdən bir oxxaayyy deyə bildiksə, deməli günümüz boşuna keçməyib…”-MİLLƏT VƏKİLİ

Bu il Zərdab rayonundan 13 gənc yüksək nəticələr göstərərək, 500-dən yuxarı balla Azərbaycanın ali təhsil ocaqlarına qəbul olunublar. Bu nailiyyət münasibətilə ailələrini və müəllimlərini təbrik edir, doğma vətənimizin daha da inkişafı naminə gələcəyimizin qurucuları olan gənclərin içərisində onların da ən ön cərgələrdə yer almalarını arzulayırıq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva dilə gətirib.

Qeyd edib ki, bu gün həm də minlərlə kiçik övladımız 1-ci sinfə, elmin ilk astanasına qədəm qoyub.

“Biz onlara sağlam və firavan böyümələrini, yaxşı təhsil almalarını, hər zaman ata-ana qayğısıyla əhatə olunmalarını arzu edirik. Bu gün birinci sinfə gedənlər içərisində həmyerlimiz, Gəlmə kəndində nənəsiylə birlikdə yaşayan balaca Zəhra da var. Zəhranı məncə hamımız yaxşı tanıyırıq. Əslən zərdablı olanlar, həmçinin mənim səhifəmin izləyiciləri yaxından tanıyırlar bu balaca qızcığazı. Həyat hekayəsini də yaxşı bilirlər…

Zəhranın da məktəbə digər yaşıdları kimi səliqəli, yaraşıqlı getməsini çox istəyirdim. Ötən gün köməkçim Firdovsi müəllim vasitəsilə onun məktəb sovqatını göndərdim… Azacıq da olsa üzünü güldürə bildiksə, illərdir ata nəvazişinə, indi də ana qucağına, ana əllərinin istisinə həsrət qalan Zəhramız bu gün atalı-analı uşaqlardan seçilmədisə, onun yaşadığı sevincin xoşbəxtliyini biz də dadıb, ürəkdən bir oxxaayyy deyə bildiksə, deməli günümüz boşuna keçməyib. Deməli yaşamağa dəyər! Əmin-amanlıq, sülh içərisində yaşayın əziz balalarımız! Gözəl təhsil alın! Zəhra da sizlərdən biri kimi böyüsün! Amin!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Deputatın işi, vəzifəsi yol, su, işıq…çəkmək deyil…Amma…Qızılhacılı haqqında-ÜÇÜNCÜ YAZIM – KAMİL HƏMZƏOĞLU

Read Next

İlham Əliyevin yeni xalq hakimiyyəti-ZAHİD ORUCDAN NÖVBƏTİ SENSASİON YAZI – (ÖZƏL)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir