“Ana, mən Şəhid oldum, Vətən sağ olsun!”-BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ MÜBARİZ SƏFƏROVA HƏSR OLUNMUŞ ŞEİR – FOTOLAR

Birinci Qarabağ Savaşında (1988-1994-cü illər) Qəhrəmanlıq Dastanı yazan Vətən Oğullarından biri də Qəhrəman Goranboy rayonunun Qaradağlı kəndindən olan Mübariz Həsən oğlu Səfərovdur.

1969-cu ildə Qaradağlı kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gələn Mübariz Səfərov cəmi 23 il yaşadı.

Az yaşadı, ömrü qısa oldu, amma şərəfli yaşadı, bu həyatdan da şərəflə köçdü.

Cəmi 23 yaşında Vətən yolunda özünü fəda etdi, Şəhadətə qovuşdu, Şəhidlik zirvəsinə ucaldı.

Ruhu şad, məkanı cənnətlik olsun!

***

Qeyd edək ki, Şəhidin dayısı Şahlar Qurban oğlu Əliyev şair, söz əhlidir.

Vətənə, Şəhidlərimizə çoxlu sayda şeirlər həsr edib zaman-zaman.

Etikxeber.az olaraq da Şahlar Əliyevin Şəhid Mübarizə və anası Güllü xanıma həsr etdiyi şeiri təqdim edirik:

Mən bu şeirimi Güllü bacım başda olmaqla, bütün Şəhid analarına həsr edirəm.

Qəhrəman Güllü ana

***

Danışmaq istərəm bir anadan

Goranboydan, qəhrəman Güllü anadan

Dünyaya gətirdi igid bir oğlan

Adına Mübariz dedi Ulu Tanrıdan

Danışanda Xocalıdan, Şuşadan

Silaha sarıldı igid qəhrəman

İlk döyüşü oldu Azad, Çaykənd, Todan

Döyüşdə düşmənə vermədi aman

Azad etdi Çaykəndi, Todanı

Kəpəzə qardaş olan Murov dağını

Unutmadı Xocalını,Şuşanı

Xocalıda axıdılan körpə qanını

Könüllü Xocalıya, Şuşaya getdi

Əlində mərmi atan irəli getdi

Düşmən hədəflərini məhv etdi

Batalyonu mühasirədən xilas etdi

Vətənə sipər oldu onun sinəsi

Ürəyinə dəydi namərd gülləsi

Anasına oldu Mübarizin son kəlməsi

Ana, əmdiyin halal südünə qurban!

Ana, mən Şəhid olsam, ağlama!

Qara geynib, qara kəlağayı bağlama!

Ana, dünyaya gətirdin, üzün ağ olsun!

Ana, mən Şəhid oldum, Vətən sağ olsun!

Şahlaram, yazıram ağrı-acıdan

Qəhrəman analara canım qurban

Şəhidlərimizə rəhmət olsun Tanrıdan!

Öpürəm ata-analarının əllərindən, alnından!

***

FOTOLAR:

Etikxeber.az

Read Previous

Bakıda bu yollarda yenə sıxlıq və tıxacdır-SİYAHI

Read Next

“Hələ də balamın orden Haqqı tanınmayıb…Nəvələrim də hər gün soruşurlar, deyirlər ki…”-NAFTALANLI ŞƏHİD ANASINDAN ÖLKƏ RƏHBƏRLİYİNƏ NÖVBƏTİ MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir