“Anama dedim ki, qardaşından artıq oğul deyiləm…Mən gedirəm…”-DAYISI BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ, EVİN TƏK OĞLU OLAN 4 MEDALLI, BİR ÖVLAD ATASI-QARABAĞ QAZİSİ AMİD ƏLƏKBƏROV – FOTOLAR

Amid Bayram oğlu Ələkbərov…

Qəhrəman Goranboy rayonunun İkinci Vətən Müharibəsi iştirakçılarından, Qəhrəman, İgid Goranboy oğullarından, Cəsur, Qorxmaz, Vətən sevdalısı Azərbaycan övladlarından biri…

Amid Goranboy rayonunun Nərimanlı kəndindəndir…

1992-ci ilin oktyabr ayının 29-da sadə, kasıb bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğludur…

Orta məktəbi bitirdikdən sonra, 2010-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə qulluq edib, həqiqi xidmət keçib, Vətənin keşiyini çəkib…

Əsgərlikdən sonra evinə dönüb, sonra bir neçə il Rusiyada yaşayıb, işləyib-çalışıb…

2018-ci ildə isə yenidən Azərbaycana, Vətəninə, evinə qayıdıb…

2019-cu ildə ailə həyatı qurub…

2020-ci ildə isə Arzum adlı qız övladı dünyaya gəlib və hazırda da 3 yaşındadır…

Eyni zamanda, dayısı Sərdar Əsədov Birinci Qarabağ Savaşının, 1994-ci ilin Şəhidlərindəndir… Cəmi 21 yaşında Şəhidlik məqamına ucalıb…

Amid özü isə İkinci Vətən Müharibəsi başlayandan sonra evdə heç kimə-nə anasına, nə də həyat yoldaşına demədən Goranboy rayon Hərbi Komissarlığına müraciət edib, könüllü şəkildə müharibəyə, Vətənin müdafiəsinə gedib…

Anası Çiçək xanıma da “Qardaşından artıq oğul deyiləm ki?! Mən gedirəm, qərarımı vermişəm, özünüzdən muğayat olun…”-deyib…

Və oktyabr ayının 9-da müharibəyə gedib…

Cəbrayıl, Füzuli Xocavənd istiqamətlərində döyüşüb müharibənin son gününə, Qələbəmizəcən…

Hətta döyüşlər zamanı iki dəfə yaralanıb, kəllə-beyin travması alıb…

Və 2020-ci ilin dekabr ayında təxris olunub, evinə, ailəsinə dönüb…

İgidliyinə, Qəhrəmanlığına görə 4 medala-“Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.

Səhhəti ilə əlaqədar əlillik dərəcəsi alıb, 3-cü qrup müharibə-Qarabağ əlilidir…

***

Bu gün Qazimizin ailəsini, ocağını ( ana babasının ocağında yaşayırlar) ziyarət etdim…

Onlarla söhbətləşdim, hər birini müqəddəs Novruz bayramı münasibəti ilə təbrik etdim…

Amid kimi Vətən sevdalısı oğullarımızla Fəxr etdiyimi, Qürur duyduğumu, onlara borclu olduğumu, borclu olduğumuzu bildirdim…

Qazimiz də daxil olmaqla, hər birinə can sağlığı, uzun ömür, xoşbəxtlik arzuladım…

***

Amid vətənpərvər olduğu qədər həm də təvazökardır…

Haqqında heç nə yazılmasını istəmir…

Amma və lakin…

Amid kimi Vətən sevdalısı oğullarımız barədə yazmaq, onları hər kəsə tanıtmaq bir qələm əhli, bir Azərbaycan vətəndaşı olaraq borcumdur, görəvimdir…

Və odur ki, Amid barədə də yazmaq qərarını verdim…

Allah qorusun, Vətən sevdalısı Amid balamızı və gözəl ailəsini!

Böyük Yaradan hər zaman Yar və Yardımçıları olsun!

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 48 yeni-YOLUXMA…

Read Next

İlham Əliyev Novruz bayramı ilə bağlı-PAYLAŞIM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir