“Heydər Əliyev Fondunun icraçı-direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunub. Hiss olunur ki, Mehriban Əliyeva öz ətrafında Prezident Administrasiyası ilə əlaqəli olmayan gənclərdən ibarət komanda yığır”.
Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” statsunda yazıb.
“Ötən statusumda gənclərin irəli çəkilməsi vacibliyini yazmışdım. Ona görə də Anar Ələkbərovun yeni vəzifəyə təyinatını müsbət qiymətləndirirəm.
Anar Ələkbərov uzun illərdir Heydər Əliyev Fondunda işləyir və bildiyim qədər üzərinə düşən vəzifəni keyfiyyətlə yerinə yetirir, işində hər kiçik detala da diqqət yetirir.
Bir sözlə, yaxşı menecerdir.
İdarəetmə sisteminə də məhz yaxşı menecerlər lazımdır ki, islahatlar sürətlənsin, mövcud problemlər qısa zamanda həll olunsun”-deyə, o, sonra yazıb.
Etikxeber.az