Anar Bayramov və Rəşad Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri-TƏYİN EDİLDİLƏR

Anar Məhərrəm oğlu Bayramov və Rəşad Əzizağa oğlu Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə iki Sərəncam imzalayıb.

Qeyd edək ki, Anar Bayramov 1975-ci ildə anadan olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifələrində çalışıb.

Hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Rəşad Mustafayev isə 1978-ci ildə anadan olub. 2000-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, 2001-2015-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, müdir müavini, 2015-2023-cü illərdə “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini, 2023-cü ildən hazırkı vəzifəsinə qədər “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru olub.

Etikxeber.az

Read Previous

İlham Əliyev Sloveniyanın xarici işlər nazirini və Çinin ölkəmizdəki yeni səfirinin etimadnaməsini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Sabah Cənnətdəki beşinci doğum günü, 30 yaşı tamam olan-ATASI VƏ BACISINI VAXTSIZ İTİRƏN GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏMƏD RZAYEV…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir