Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-15 sentyabr 2024-cü il tarixində, səhər saatlarında evin-ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülmüş, subay, İkinci Vətən Müharibəsi Şəhidi Rəşad İlqar oğlu Ələkbərovun Cənnətdəki dördüncü doğum günü, 27 yaşının tamam olması ilə bağlı Əbədiyyətə uğurlandığı Gəncə şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
15 sentyabr 1997-cü il təvəllüdlü olan Rəşad Ələkbərovun məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.
Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarət zamanı qısa çıxışlar edilib.
Çıxışlarda Şəhidin keçdiyi 23 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan, İgidlik və Qəhrəmanlığından söz açılıb, anası Nailə Rəşada Allahdan səbr və dözüm arzulanıb, Rəşad Ələkbərovun Cənnətdəki dördüncü doğum günü təbrik olunub.
Şəhidin məzarını ziyarətdən sonra “Səbiskar” mərasim evində Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.
Qeyd edək ki, bu gün həm də Şəhidin anası, Birinci Qarabağ Savaşı iştirakçısı Nailə Rəşadın doğum günüdür.
Onu da qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclisdə anası, yaxınları, Gəncəli, Samuxlu, Naftalanlı, Mingəçevirli Şəhid ailələri, Qazilər, “Odlar yurdu” qrupunun üzvü Azadə xanım və digər şəxslər iştirak ediblər.
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az