Anası tərəfindən kirayələrdə təkbaşına böyüdülən tək oğul, MAXE, 3 medallı-FƏXRİ QƏRİBZADƏNİN 30 YAŞI TAMAM OLUR – CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, BƏRDƏ MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bərdə rayonunun (həm də Bakının Suraxanı rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan, anası tərəfindən təkbaşına və kirayələrdə böyüdülən, evin tək oğlu, 3 medallı-MAXE Fəxri Qəribzadənin ad gündür.

Fəxri Qəribzadənin bu gün 30 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa şıxışlar edilib, Şəhidin şərəfli ömür, hərb və döyüş yolundan söz açılıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub, ailəsinə-anası Mehparə Qəribovaya Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Bərdə rayon Mədəniyyət Mərkəzində Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə tədbir düzənlənib, adına çay-ehsan süfrəsi təşkil olunub.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib, bir daha ruhuna dualar oxunub, bir daha çıxışlar olunub, kompozisiya nümayiş etdirilib.

Eyni zamanda, Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar, musiqilər səsləndirilib, oxunub.

Həmçinin, Şəhidə həsr edilmiş tamaşa nümayiş etdirilib.

Bu zaman çox kövrək, çox təsirli anlar yaşanıb.

Tədbir iştirakçıları göz yaşlarına hakim ola bilməyiblər.

Şəhidin anası Mehparə Qəribova öz növbəsində ziyarət və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib, bir daha övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu dilə gətirib.

Şəhidin məzarını ziyarətdə, Cənnətdəki dördüncü doğum günü ilə bağlı təşkil edilən tədbirdə və çay-ehsan süfrəsində ailə üzvləri, yaxınları, Bərdəli, Samuxlu, Tərtərli, Kürdəmirli, Goranboylu Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, yerli ziyalılar, Qarabağ Regional Mədəniyyət İdarəsinin Bərdə rayonu üzrə nümayəndəsi Fərid Hacıyev başda olmaqla, Bərdə rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Fəxri Qəribzadə 1994-cü ilin yanvarın 10-da Bərdə rayonunun Güloğlular kəndində anadan olub.

2001-2011-ci illərdə Bakı şəhəri Suraxanı rayonunda Əmi Məmmədov adına məktəbdə təhsil alıb.

Orta məktəbi başa vurduqdan sonra, 2012-2013-cü illərdə, Quru qoşunlarında həqiqi hərbi xidmətdə, Əsgərlikdə olub.

Hərbi xidmətini-Əsgərliyini Fəxri fərmanla başa vurub.

Hərbi xidməti başa vurduqdan sonra yenidən taleyini Ordu ilə, hərblə bağlayıb.

MAXE kimi xidmətini davam etdirməyə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk anından da döyüşlərə atılıb.

Sentiyabrın 27-dən Murovdağın, Talışın, Suqovuşanın, Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Döyüşüb, vuruşub və oktyabrın 10-da Ağdərə döyüşləri zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi elə həmin gün Bərdə rayonunun Şəhidlər xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü”  medalları təltif edilib.

Ailəsi, anası isə Fəxri Qəribzadənin ölkənin ali ordenlərindən biri və ya “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunmasını istəyir.

Fəxrigil ailədə iki uşaq-bir qardaş, bir bacı olublar.

Bacısı Türkanə xanım ailəlidir, 4 övlad anasıdır.

Eyni zamanda, Şəhidin ad və soyadını daşıyan Fəxri Qəribzadə adlı bacısı oğlu var.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 30 yaşı mübarək olsun!

Nur içində yatsın!

13:23

***

FOTOLAR:

14:25

***

14:38

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Tovuzlu antiterror Şəhidi Şikar Hüseynovun Şəhidliyindən 3 ay 10 gün sonra ikinci qız övladı dünyaya gəldi-KÖRPƏYƏ MƏLƏK ADI QOYULDU…

Read Next

Bakıda və Abşeron yarımadasında qar yağır-FAKTİKİ HAVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir