Anası tərəfindən təkbaşına böyüdülən, ailənin 3 övladından biri, 2 medallı-ŞƏHİD ELVİN QURBANOV – ŞƏHİDİN AİLƏSİNİN YAŞADIĞI KÜÇƏYƏ ASFALT DÖŞƏNƏCƏKMİ, ŞƏHİDİN EVİNƏ TELEFON VƏ İNTERNET XƏTTİ ÇƏKİLƏCƏKMİ? – FOTOLAR – YENİLƏNİB

Elvin Elmar oğlu Qurbanov…

Elvin 1999-cu ilin aprel ayının 29-da Qusar rayonunun Çiləgir kəndində dünyaya gəlib…

Ailədə üç uşaq olublar-iki qardaş-bir bacı…

Uşaq yaşlarından anaları Nabat xanım onlara həm analıq, həm də atalıq edib…

Onları minbir əzab-əziyyətlə böyüdüb boya-başa çatdırıb…

Vətən, Torpağa xeyirli övladlar kimi yetişdirib…

Elvin orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Ağcabədi istiqamətində hərbi hissələrdən birində qulluq edib…

Əsgərliyini başa çatandan sonra evinə, ailəsinə dönüb…

Qusardakı “Ay işığı” restorarınında kababçı işləyib…

Anasına, ailəsinə kömək edib, əl tutub…

İkinci Vətən Müharibəsindən 6 gün öncə isə səfərbərliyə cəlib olunub…

İkinci Qarabağ Savaşının ilk günündən də döyüşlərdə olub…

Və oktyabrın 14-də Füzuli istiqamətində qanlı döyüşlərdən birində Şəhidlik məqamına ucalıb…

Ancaq Şəhidliyi xəbəri ailəsinə, anasına oktyabrın 18-i xəbər verilib…

Oktyabrın 19-da isə nəşi Qusar rayon Şəhidlər Xiyabanında dəfn olunub, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” medalları təltif olunub…

Elvin həm də subay olub…

***

Bu gün, 2 avqust 2022-ci il tarixində, axşam saatlarında Şəhidin anası Nabat xanımla bir araya gəldik…

Onunla Qusarlı Şəhid qardaşı Nurlan Cəfərovun toy mərasimində bir yerdə olduq…

Sonra “Dəmir Yumruq” Alfa-A Cəmiyyətinin sədri Ülviyyə xanımla birlikdə Şəhidimizin Qusardakı evinə, ocağına gəldik…

Şəhidimizin anasına bir daha başsağlığı verdik, ona bir daha Allahdan səbr və dözüm arzuladıq, bir daha “Şəhidimizin məqamı Uca olsun!” dedik…

Şəhidimizin anası ilə xeyli söbhətləşdik, dərdləşdik…

Bu yerdə qeyd edim ki, Şəhidimizin ailəsinin yaşadığı küçə çox bərbad vəziyyətdədir, hər tərəf kol-kosla doludur, hələ də asfalt çəkilməyib…

Həm də Şəhidimizin evinə telefon və internet xətti çəkilməyib, hansı ki, qonuşulqda, ətrafda yaşayanların həm ev telefonu, həm də interneti var…

Digər problemlər də mövcuddur…

Ona görə yaxşı olardı ki, səlahiyyət sahibləri, məsul qurumlar yaxın zamanlarda, tezliklə qeyd olunan və qeyd edilməyən problemləri həll etsinlər, az da olsa, həm Şəhidin ruhu sevindirsinlər, həm də Şəhidin ailəsinə, Şəhidin anasına bir təskinlik vermiş, savab yiyəsi olsunlar.

Şəhidimizin ruhu şad, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qusarlı Şəhid və Qazi ailəsi-Cəfərovlar ailəsi: ŞƏHİD RUSLAN CƏFƏROVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ, 22 YAŞININ TAMAMINDA İKİNCİ QARABAĞ SAVAŞI İŞTİRAKÇISI QARDAŞI NURLAN CƏFƏROVUN TOYU OLDU – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Avropa Komissiyası Ukraynaya 1 milyardlıq-KREDİT KÖÇÜRDÜ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir