Anası tərəfindən təkbaşına böyüdülən, evin-ailənin tək övladı-RAMAL MƏMMƏDOVUN ŞƏHİDLİYİNDƏN BİR İL KEÇDİ- MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün, 1 oktyabr tarixində Gəncənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ramal Məmmədovun Şəhidliyinin bir ili tamam olur.

Bir il öncə-bu gün evin-ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən Ramal Məmmədov Vətən torpaqları uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Etikxeber.az xəbər verir ki, Ramal Məmmədov 1 yanvar 2000-ci il tarixində qədim Gəncə şəhərində-sadə bir ailədə anadan olub.

Uşaq vaxtlarından anası İlhamə xanımın himayəsində yaşayıb, təkbaşına böyüyüb.

2007-ci ildə birinci sinfə gedən Ramal 2018-ci ildə orta məktəbi bitirərək, 2019-cu ilin oktyabr ayında müddətli hərbi xidmətə, Vətənə xidmət borcunu yerinə yetirməyə yollanıb.

O, 1 il Beyləqan rayonunda yerləşən N sayl hərbi hissədə xidmət edib.

Bir ilinin tamamına az qalmış isə Vətənin müdafiəsinə qalxıb, 27 sentyabr 2020-ci il tarixində başlayan 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı ön cərgələrdə döyüşən Vətən sevdalılarından olub.

Döyüş yolu 5 gün çəkən, Xocavənd Füzuli uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərən Ramal Məmmədov  2020-ci il oktyabrın 1-də, 20 yaşının tamamına düz 3 ay qalmış Füzuli rayonu istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Səhidlik zirvəsinə yüksəlib.

Gəncədə anadan olsa da, Ramal böyük izdihamla Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Şəhidlər Xiyabanında dəfn olunub, torpağa tapşırılıb.

Ölümündən sonra isə 3 medalla təltif olunub.

***

Bu gün Şəhidliyinin bir ilinin tamamı ilə bağlı Ramal Məmmədovun anım mərasimi keçiriləcək.

Anım mərasimindən öncə, saat 11:00-da Şəhidin Lökbatan Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, həmçinin, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Ziyarət təxminən bir saat davam edəcək.

Ziyarətdə Şəhidin anası, yaxınları, digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri, məktəblilər və digər şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra Qobustan qəsəbəsindəki “Qobustan” şadlıq sarayında anım mərasimi başlayacaq.

Anım mərasimində Dövlət himni oxunacaq, çıxışlar ediləcək, Şəhidlərə, Vətənə aid şeirlər, mahnılar səsləndiriləcək, bir daha Şəhidin, Şəhidlərin ruhlarına dualar olunacaq.

Sonda Şəhidin adına ehsan veriləcək.

Məqamı ucalardan-Uca, məkanı cənnətlik olsun!

Allah anasına, yaxınlarına səbr versin!

00:16

***

HƏR KƏSİ GÖZ YAŞINA BOĞAN ANLAR…

Saat 11:00…

Lökbatan Şəhidlər Xiyabanı…

Şəhidlər Xiyabanına öncə bir körpə atası Şəhid Pərviz Məmmədovun əzizləri, yaxınları gəlir…

Şəhidin məzarı üzərinə gül dəstələri düzülür, ağılar deyilir, ruhuna dualar edilir…

Təxminən 10-15 dəqiqədən sonra Şəhid Ramal Məmmədovun anası İlhamə xanım, Şəhidin doğmaları, Bakıdan, Samuxdan, Goranboydan, Gəncədən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, döyüşçü-hərbçi yoldaşları, məktəblilər…gəlir…

Ramalın məzarı qarşısında ehritamla baş əyilir, məzarı üzərinə gül dəstələri, əklillər qoyulur, ağılar deyilir, ruhuna dualar oxunur…

Çox kövrək, çox təsirli…anlar yaşanır…

Sözlə ifadəsi mümkün olmayan anlar…

Həmçinin, Şəhidin, Şəhidlərin məzarını ziyarətə Qaradağ rayon rəhbərliyi, Qaradağı parlamentdə təmsil edən millət vəkilləri gəlir…

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Şəhidlərin-həm Ramal Məmmədov, həm də Pərviz Məmmədovun əzizlərinə başsağlığı verir, Allahdan səbr diləyir…

Qələbə və Zəfərimizə görə, Ali Baş Komandan başfa olmaqla, Şəhidlərimizə, Qazilərimizə, Vətən oğullarımıza borclu olduğumuzu qeyd edir…

Bildirir ki, məhz Şəhidlərimizin, Ramalların, Qazilərin, Vətən İgidlərinin sayəsində tarixi Qələbə və Zəfər qazanılıb, 44 günlük müharibə – İkinci Vətən Müharibəsi ilə 32 illik münaqişəyə son qoyulub…

Təxminən bir sat çəkən davam edən ziyarətdən sonra Qobustan qəsəbəsindəki “Qobustan” şadlıq sarayında anım mərasimi başlayır…

12:25

***

Millət vəkili Aydın Hüseynov: “Şəhidimiz Ramal Məmmədov bizə Qələbə, Zəfər yaşadan Vətən övladlarından, Qəhrəmanlarımızdan, Şəhidlərimizdəndir…Bütün Şəhidlərimiz kimi onun da müqəddəs Qələbə və Zəfərimizdə xüsusi payı, töhfəsi var…

Təxminən 12:30-dan başlayan məzarsimə yenə Şəhidin yaxınları, digər bölgələrdən olan Şəhid ailələri, Qobustan sakinləri, məktəblilər, Qaradağ rayonunu parlamentdə təmsil edən millət vəkili Aydın Hüseynov və digər şəxslər qatılır…

Öncə Dövlət himni oxunur, səsləndirilir, sonra Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir…

Sonra söz millət vəkili Aydın Hüseynova verilir…

“Şəhidimiz Ramal Məmmədov bizə Qələbə, Zəfər yaşadan Vətən övladlarından, Qəhrəmanlarımızdan, Şəhidlərimizdəndir…Bütün Şəhidlərimiz kimi onun da müqəddəs Qələbə və Zəfərimizdə xüsusi payı, töhfəsi var… Ramal Məmmədov da daxil olmaqla, Allahdan bütün Şəhidlərimiz rəhmət, ailələrinə, analara, atalara səbr diləyirəm…Mən çox səmimi şəkildə bütün Şəhid analarının qarşısında baş əyirəm…Şəhidlərimizi böyüdən, İgid kimi yetişdirən məhz bu analar, qara paltarlı Şəhid analarıdır…Mən burada Şəhid atalarını görürəm…Hər birinin qarşısında baş əyirəm…Şəhidlərimiz kimi Sizlər hər biriniz Qəhrəmansınız…”-deyə, o, bildirir.,.

Sonra digər mərasim iştirakçılarına söz verilir…

Onlar da Şəhidin anasına səbr diləyir, Ramal Məmmədov başda olmaqla, bütün Şəhidlərimizlə Fəxr edildiyini, Qürur duyulduğu bildirirlər…

Mərasimdə eyni zamanda, məktəblilərin ifasında Şəhidə, Şəhidlərimizə həsr olunmuş olunmuş şeirlər səsləndirilir…

14:10

***

Mərasim çıxışlar və ehsan süfrəsi ilə davam edir…

14:29

***

Mərasimdə çıxış edən Şəhidin anası İlhamə xanım belə bir gündə onu tək buraxmadıqları üçün hər kəsə öz minnətdarlığını ifadə edir…

Eyni zamanda, Şəhid verdiyi, təkbaşına böyütdüyü övladı ilə Fəxr etdiyini bildirir…

Qeyd edir ki, övladı digər Vətən oğullar kimi öz qanı, öz canı bahasına Azərbaycana Zəfər, Qələbə qazandırıb…

Və anım mərasimi təxminən 3 saatdan sonra başa çatır…

Allah bir daha Şəhidimizin məqamını Uca etsin, anası və yaxınlarına səbr, dözüm, güc və qüvvət versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Zığ-Hövsan avtomobil yolunun yenidən qurulmasına 4,9 milyon-MANAT AYRILDI…

Read Next

Yoluxmada azalma-689 nəfər – DAHA ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir