Anası tərəfindən təkbaşına böyüdülən, evin tək və nişanlı oğlu, 4 medallı-ŞƏHİD MURAD QURBANOVUN ANIM GÜNÜDÜR…-YENİLƏNİB – FOTOLAR

Bu gün Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Murad Qurbanovun Anım Günüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Etikxeber.az xəbər verir ki, Murad Qurbanov 1996-cı ilin martın 21-də, Novruz bayramında dünyaya gəlsə də, doğum şəhadətnaməsində martın 23-ü yazılıb.

Orta məktəbi 51 saylı məktəbdə, 9-cu sinifə kimi oxuyub.

Sonra Bakı İqtisad Kollecinə daxil olub və təhsilini orada davam etdirib.

Təhsili bitirdikdən sonra hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində xidmət edib.

Hərbi xidmət zamanı Aprel döyüşlərində-Ağdamın Quzanlı kəndi və Tərtərin Qapanlı kəndi istiqamətindəki döyüşlərdə iştirak edib.

Hərbi xidmətini başa çatdrdıqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.

2020-ci ilin avqust ayının 20-də sevdiyi qızla nişanlanıb…

İkinci Vətən Müharibəsi başlanan kimi isə evdə heç kimə demədən könüllü şəkildə müharibəyə yollanıb.

Və oktyabrın 11-də Hadrut istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.

Və nəşi sonra Bakıya gətirilərək, oktyabrın 14-də Badamdar qəbiristanlığında, Səbail Şəhidlərinin yanında dəfn olunub.

Ölümündən sonra Ali Baş Komandan tərəfindən 4 medalla təltif olunub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Badamdar qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin anası, bacısı, yaxınları, Bakıdan olan Şəhid ailələri, Qazilər, hərbçilər və digər şəxslər iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra “20-ci sahə” adlanan ərazidə, Şəhidin ailəsinin yaşadığı evin yaxınlığında Xatirə lövhəsinin açılışı olacaq, anım mərasimi keçiriləcək, ehsan süfrəsi açılacaq.

Məkanı cənnətlik, məqamı Ucalardan-uca olsun-Nur üzlü Şəhidimizin!

Allah anasına, əzizlərinə səbr versin!

00:00

***

Bu gün səhər saatlarından etibarən Şəhidin məzarının ziyarəti başlayıb və ziyarət iki saata yaxın davam edib.

Sonra Murad Qurbanovun yaşadığı evdə Xatirə lövhəsinin açılış mərasimi olub.

Yarım saatdan çox çəkən açılışdan sonra isə anım mərasimi keçirilib, adına ehsan verilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3.3 milyon manat ayrıldı-SƏRƏNCAM

Read Next

Daha 1448 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir