Anası tərəfindən təkbaşına böyüdülən, tək övlad, 3 medallı Şəhid Ramal Məmmədovun-QARŞIDAN GƏLƏN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM – FOTOLAR – YENİLƏNİB – (5)

Bu gün Gəncənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən, 3 medallı, subay Ramal Məmmədovun qarşıdan gələn növbəti ad günü ilə bağlı Gəncə Əyləncə Mərkəzində mərasim keçirilib.

Etikxeber.az xəbər verir ki, Ramal Məmmədov 2000-ci ilin yanvarın 1-də anadan olub.

İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib və Füzuli istiqamətində ağır döyüşlərdən birində-20 yaşında qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi Lökbatan (Qaradağ rayonu) Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Qarşıdan gələn Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün-28 dekabr tarixində keçirilən tədbirdə isə Şəhidin anası İlhamə xanım, xalası, qohumları, Goranboy, Samux, Gəncə və Ağcabədidən olan Şəhid anaları, Şəhid ailələri, İkinci Vətən Müharibəsi iştirakçıları, Qazilər və başqa şəxslər iştirak ediblər.

Mərasimdə Şəhidin adına ehsan süfrəsi açılıb.

Şəhidin anasına bir daha başsağlığı verilib, bir daha ona Allahdan səbr arzulanıb, Ramal Məmmədovun qarşıdan gələn Cənnətdəki ikinci ad günü təbrik edilib.

Məqamı Uca, məkanı cənnətlik, qardaşdan gələn Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

Allah tək anası və əzizlərinə səbr versin!

14:55

***

FOTOLAR:

15:15

***

15:30

***

DÖVLƏT HİMNİNİN OXUNMASI VƏ ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA YAD OLUNMASI…

15:50

***

16:10

***

ANALAR YANAR, AĞLAR…

***

16:38

***

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunub.

İlahilər, dini mahnılar ifa edilib

Eyni zamanda, çıxışlar edilib, Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

3 medallı, ailənin tək və subay oğlu-ŞƏHİD BƏXTİYAR ASLANOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜ: MƏZARININ İZDİHAMLI ZİYARƏTİ VƏ 23 YAŞININ TAMAMI İLƏ BAĞLI MƏRASİM – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Vətən müharibəsində iştirak edənlərə “Müharibə veteranı” adı veriləcək-PREZİDENT SƏRƏNCAM İMZALADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir