Anası tərəfindən təkbaşına böyüdülən, tək övlad, subay, 3 medallı-ŞƏHİD ELMƏDDİN HÜSEYNZADƏNİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: MƏZARI ZİYARƏT OLUNACAQ, “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLACAQ, MƏRASİM DÜZƏNLƏNƏCƏK…

Bu gün Qəhrəman Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elməddin Hüseynzadənin doğum günüdür.

Elməddin Hüseynzadənin bu gün 24 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elməddin Hüseynzadə 1998-ci ilin mart ayının 24-də Bərdənin Sərkarlar kəndində anadan olub.

23 günlüyündən anası Arzu Hüseynova tərəfindən təkbaşına böyüdülüb.

Ailənin, ananın tək övladı olub.

2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərində anası ilə birlikdə minbir əziyyətlə tikdirdikləri evə, Divanlıya köçüblər.

2016-2018-ci illərdə hərbi xidmətdə olan Elməddin əsgərlikdən sonra bir müddət başqa işlərdə çalışıb, daha sonra isə anasının etirazlarına baxmayaraq, yenidən həyatını Ordu ilə bağlayıb, MAXE kimi, fəaliyyət göstərib.

https://etikxeber.az/%c9%99ri-t%c9%99r%c9%99find%c9%99n-t%c9%99rk-edilmis-yegan%c9%99-ovladini-t%c9%99kbasina-boyutmus-oglunu-elm%c9%99ddinini-s%c9%99hid-vermis-t%c9%99nha-kims%c9%99siz-s%c9%99hid-anasi-fotolar/

Və İkinci Vətən Müharibəsinin ilk günlərində, sentyabrın 29-da Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində Şəhid olub, digər Bərdəli Şəhid Fəxri Qəribzadənin qucağında keçinib.

Elə həmin gün axşam saatlarında nəşi Bərdəyə gəririlərək, Şəhidlər Xiyabanında torpağa tapışırılıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Elməddin həm də subay olub.

Anası Arzu xanım hazırda tək-tənha yaşayır.

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər saatlarında Elməddin Hüseynzadənin adını daşıyan “Şəhid bulağı”nın açılışı olacaq.

Açılışdan sonra Şəhidin Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək.

Daha sonra “Bərəkət” şadlıq sarayında Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan veriləcək.

Həm “Şəhid bulağı”nın açılışında, həm məzarını ziyarətdə, həm də Cənnətdəki ad günü ilə bağlı mərasimdə Şəhidin anası, yaxınları, Bərdədən, Mingəçevirdən, Ağdamdan, Goranboydan, Gəncədən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, Bərdə İcra Hakimiyyətinin məsul işçiləri və başqa şəxslər iştirak edəcəklər.

Həm ruhuna dualar oxunacaq, həm çıxışlar ediləcək.

Eyni zamanda, Cənnətdəki ikinci ad günü ilə bağlı mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, Dövlət himni səsləndiriləcək.

Şəhidlərə, Vətənə aid şeirlər, İlahilər ifa ediləcək.

Cənnətdəki ikinci ad günü, mövludu mübarək olsun!

Nur içində yatsın!

Allah anasına səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Boksçumuz Avropa çempionu-OLDU

Read Next

Rusiyaya qarşı yeni sanksiya siyahısı açıqlanacaq-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir