Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin (həm də Cəbrayıl rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Emin Tahir oğlu İsmayılovun Anım Günüdür.
Emin İsmayılovun bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.
Bu gün səhər saatlarında Şəhidin Anım Günü ilə bağlı İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub.
Məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.
Ruhuna dualar edilib, məzarı başında qısa çıxışlar olunub.
Ziyarətdən sonra Anım Günü ilə bağlı İkinci Şəhidlər Xiyabanındakı (İkinci Fəxri Xiyabandakı) mərasim zalında Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.
Bir daha ruhuna dualar oxunub, əzizlərinə, anası Məlahət İsmayılovaya Allahdan səbr və dözüm arzulanıb.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində anası Məlahət İsmayılova daxil olmaqla, doğmaları, yaxınları, hər zaman Şəhid ailələrinin yanında olan tanınmış bəstəkar Ruslan Səfəroğlu, İcra başçısı Asif Əsgərov başda olmaqla, Nəsimi rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, müxtəlif bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, əslən Cəbrayıllı olan Emin İsmayılov 2001-ci ilin mayın 21-də anadan olub.
Evin tək övladı, tək oğlu olub.
Anası Məlahət xanım tərəfindən təkbaşına böyüdülüb.


Orta məktəbi bitirdikdən sonra Vətənin keşiyinə yollanıb, Goranboy istiqamətindəki hərbi hissələlərdən birində hərbi qulluğa başlayıb.
İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəru kimi iştirak edib.
Sonuncu dəfə isə anası Məlahət xanımla sentyabrın 30-da danışıb.
Oktyabrın 6-da isə Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşini bir ay 21 gün sonra-noyabr ayının 27-də əldə etmək mümükün olub və İkinci Fəxri Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
O, həm də subay olub.
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
12:06
***
FOTOLAR:







NƏSİMİ RAYON İCRA HAKİMİYYƏTİNİN RƏHBƏR VƏ MƏSUL ŞƏXSLƏRİ ŞƏHİDİN MƏZARINI ZİYARƏT EDƏRKƏN…






18:59
***











20:19
***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az