Anası tərəfindən təkbaşına, kirayələrdə böyüdülən, ailənin dörd övladından biri olan, uşaq yaşlarından işləyən, ailəsinə əl tutan-ANTİTERROR ŞƏHİDİ RAMAL ƏLƏKBƏROVUN BU GÜN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, 19 YAŞI TAMAM OLUR…

Gəncə şəhərindən olan antiterror Şəhidi Ramal Ələkbərovun bu gün doğum günüdür.

Ramal Ələkbərovun bu gün 19 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Ramal Ələkbərov 2005-ci ilin aprel ayının 24-də Gəncə şəhərində, sadə bir ailədə dünyaya gəlib.

Ramal ailənin dörd övladından, üç qardaşdan biri və böyük qardaş olub.

Uşaq yaşlarından anaları Lalə xanım onları təkbaşına böyüdüb, onlara-övladlarına həm analıq, həm də atalıq edib.

Tək bacıları Mədinə hazırda ailəlidir, övlad anasıdır, Gəncə şəhərində yaşayır.

Qardaşları Pünhanla 7 yaşlı Ümid orta məktəb şagirdləridir.

7 yaşında, 2012-ci ildə Bakı şəhərinə, Xətai rayonuna köçüblər, kirayədə yaşayıblar.

Ramal Gəncə şəhərində orta məktəbə getsə də, Bakıya köçdükdən sonra 165 saylı orta məktəbdə təhsilini davam etdirib.

Amma cəmi 5 il oxuyub, sonra orta məktəbdən ayrılıb, 12 yaşından işləyib, çalışıb, ailəsinə, anasına kömək etməyə çalışıb.

2023-cü ilin aprelində, 18 yaşı tamam olan gün həqiqi hərbi xidmətə yollanıb, Beyləqan rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb.

Azərbaycan Ordusunun, cəmi 5 ayın Əsgəri kimi 2023-cü ilin sentyabr ayında cəmi 23 saatlıq lokal xarakterli antiterror əməliyyatına qatılıb və sentyabrın 20-də, səhər saat 06:00 radələrində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, sentyabrın 21-də Gəncə şəhərində yerləşən Səbiskar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ramal həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ermənistanın 4 Azərbaycan kəndini qaytarması sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyişdir”-CEYHUN BAYRAMOV

Read Next

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana xarici yardımla bağlı paketi-QƏBUL ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir