Anası və iki qardaşı kirayədə yaşamaq məcburiyyətində qalan subay, iki medallı Şəhid-CAVİDAN İBRAHİMLİNİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN BİR İL ÖTÜR…

Bu gün daha bir Şəhidimizin-Bakının Səbail rayonunun İkinci Vətən Müharibəi Şəhidlərindən olan Cavidan Nizami oğlu İbrahimlinin torpağa tapşırıldığı gündür.

Onun Əbədiyyətə uğurlanmasından düz bir il ötür.

Etikxeber.az xəbər verir ki, Cavidan İbrahimli 2000-ci ilin martın 24-də, Novruz bayramı günlərində Bakının Səbail rayonunun Badamdar qəsəbəsində, sadə bir ailədə anadan olub…

O, 2006-2017-ci illərdə Badamdardakı 236 nömrəli tam orta məktəbdə təhsil alıb…

Cavidan orta məktəbi bitirdikdən bir müddət sonra, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub, Vətənə xidmət borcunu yerinə yetirib…

Əsgərliyini başa vurub evinə, ailəsinə döndükdən az sonra yenidən Vətənə xidmətə, İkinci Vətən Müharibəsinə yollanıb, döyüşlərə atılıb…

21 sentyabr tarixində səfərbərliyə cəlb olunan Cavidan həmin ayın 27-dən döyüşlərdə olub…

İkinci Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb…

…Və ağır döyüşlərdən birində Vətən yolunda qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb

Cavidan oktyabrın 21-də Şəhid olsa da, Şəhidliyi xəbəri ayın 23-də ailəsinə bildirilib…

Və Şəhidimizin nəşi oktyabrın 24-ündə Səbail rayonunun Badamdar qəsəbəsində dəfn olunub…

Ölümündən sonra Şəhidimiz Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”“Xocavəndin azad olmasına görə” medalları ilə təltif olunub…

Oğul, övlad dərdinə, itkisinə dözə bilməyən atası Nizami İbrahimli Şəhidimizin qırxına yaxın dünyasını dəyişib…

Cavidan ailənin 3 övladından, 3 oğlundan biri olub…

O, həm də subay idi…

Şəhidliyindən və atasının dünyasını dəyişməsindən bir müddət sonra isə anası və iki qardaşı kirayəyə köçmək məcburiyyətində qalıb…

Hazırda da kirayədə yaşayırlar…

Allah Şəhidimizin məqamını Uca etsin, acılı, dərdli ailəsinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Anım Günündən bir gün öncə…VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADINI HAQQ EDƏN 5 MEDALLI ŞƏHİD KƏRİM ƏLİYEVİN AİLƏSİNİ ZİYARƏT… – FOTOLAR

Read Next

Daha 2036 yeni yoluxma-DAHA 25 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir