“Ancaq buna nail ola bilməyəcək…” – PREZİDENTDƏN XƏBƏRDARLIQ – FOTOLAR

“Bu ilin birinci rübündə də Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub. Ermənistan danışıqları dayandırmağa çalışır, ancaq buna nail ola bilməyəcək”.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bir neçə dəfə bəyan edib ki, “status-kvo” qəbuledilməzdir: “Minsk qrupu Ermənistana təzyiqi daha da gücləndirməlidir. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr qeyd-şərtsiz icra olunmalı və işğalçı qüvvələr işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Ermənistanın bütün cəhdlərinə baxmayaraq, qeyri-konstruktiv və qeyri-səmimi siyasəti qınaq obyektinə çevrilib. Azərbaycan gündən-günə güclənir və bu məsələnin gec-tez ədalətli həll olunacağına əminəm.

Dağlıq Qarabağda qondarma “referendum” keçirməklə Ermənistan bir daha özünü biabır edib. Dərhal qonşular, Minsk qrupuna üzv ölkələr, Avropa İttifaqı və digər ölkələr bu “referendum”u pislədi, tanımadığını bildirdi. Bütün beynəlxalq aləm “referendum”u qəbul etməməklə Azərbaycanın ərazi bütövlüyünə dəstəyini göstərmiş oldu.

Məsələnin digər uğurlu məqamı Dağlıq Qarabağa qanunsuz səfər etmiş xarici ölkə vətəndaşının Azərbaycana təhvil verilməsidir. Bu, həm bizim qanunları kobudcasına pozan şəxsə, həm də onun kimilərə dərs oldu”.

***

14918072171442334543_1000x669

“Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir”. 

Bunu da  İ. Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

O, bildirib ki, kənddə ilkin mərhələdə 50 ev tikilir, yeni yol salınır, məscid inşa olunur:

“Sonrakı mərhələdə daha 150 evin tikilməsi nəzərdə tutulub. Bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, öz ərazilərini azad etdikdən sonra bütün şəhər və qəsəbələri yenidən quracağını nümayiş etdirir. Bu, həm də göstərir ki, 20 ildən çoxdur ki, öz doğma yurdlarından didərgin düşmüş insanlar vətənlərinə qayıtmaq arzusu ilə yaşayırlar”.

***

musavira-ilya

“Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb”. 

Bu fikirləri də İ. Əliyev  söyləyib.Dövlət başçısı deyib ki, bu ilin birinci rübündə valyuta ehtiyatlarımız 1 milyard dollar artıb:

“Bu gün valyuta ehtiyatlarımız 38,5 milyard dollar təşkil edir. Bu, önəmli bir məsələdir. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsindədir. Bu göstəricilər iqtisadi inkişafımızı aydın əks etdirir. Gələcəkdə də iqtisadi potensialımızı gücləndirəcəyik”.

Prezident  bildirib ki, bu ilin birinci rübündə 85 min yeni iş yeri yaradılıb:

“Yeni iş yerlərinin yaradılması tək dövlət deyil, özəl sektorda da davam edir. Özəl sektorda 40 mindən çox yeni iş yeri yaradılıb. Bu, iqtisadi inkişafın təzahürüdür”.

musavira-ilya-2

Etikxeber.az

Read Previous

“Demokratiya sahəsində göstərdiyi böyük səylərdən xəbərdaram…” – PREZİDENT

Read Next

“Azərbaycanı zəifləmiş, çökmüş görmək istəyənlərin cəhdlərinə rəğmən…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir