Anım Günündə İkinci Vətən Müharibəsi Şəhidi, ali-hərbi təhsilli, Mayor və iki övladı əmanət qalan Rüfət Əsgərovun-MƏZARI ZİYARƏT OLUNDU, 39 İLLİK ÖMÜR VƏ HƏRB YOLUNDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB

Əbədiyyətə uğurlanmasının altıncı ilində, Anım Günündə əslən Qubadlılı, 29 avqust 1981-ci il təvəllüdlü, ali-hərbi təhsilli, Mayor, İkinci Vətən Müharibəsi Şəhidi Rüfət Mürvət oğlu Əsgərovun Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.

Bir neçə medallı və 3-cü dərəcəli “Rəşadət” ordenli Rüfət Əsgərovun məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Etikxeber.az xəbər verir ki, iki övlad atası olan, iki övladı Vətənə əmanət qalan Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.

Suqovuşan-Ağdərə istiqamətində Şəhadətə qovuşan Rüfət Əsgərovun məzarı önündə qısa çıxışlar edilib və çıxışlarda Şəhidin 39 illik şərəfli ömür, hərb və döyüş yolundan, Vətən naminə fədakarlığından söz açılıb.

Ailəsinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Anım məclisi düzənlənib, adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və Anım məclisində ailə üzvləri, Şəhid ailələri, Qazilər, hərbçilər, İcra başçısı Rafiq Quluyev başda olmaqla, Xətai rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, din xadimləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Həm Anım, həm Doğum günü olan, doğum günündə Əbədiyyətə uğurlanan Bakılı İkinci Vətən Müharibəsi Şəhidi Yusif Nəcəfovun-25 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Tək övlad, anası təkbaşına böyüdülən İkinci Vətən Müharibəsi Şəhidi-ALİ-HƏRBİ TƏHSİLLİ, LEYTENANT, 3-CÜ DƏRƏCƏLİ “RƏŞADƏT” ORDENLİ, NƏŞİ 16 GÜNDƏN SONRA ƏBƏDİYYƏTƏ UĞURLANAN, SABAH ANIM GÜNÜ OLAN SAMİR ƏLİYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir