Bu gün-13 noyabr 2023-cü il tarixində, axşam saatlarında jurnalist-şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Raziyə Rzazadə ilə birlikdə Anım Günü olan İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Zakir oğlu Teymurovun Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yaşayan ailəsini, ocağını ziyarət etdik…
Evin-ailənin üç övladından biri, subay və ali təhsilli, beş medallı olan İkinci Qarabağ Savaşı-Şuşa Şəhidi Vüsal Teymurovun ailəsinə, valideynlərinə Allahdan bir daha səbr və dözüm arzuladıq…
“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca, dərgahı mübarək, ruhu şad olsun!”-dedik…
Şəhidimizin ruhu və valideynləri qarşısında baş əydiyimizi bildirdik…
Bir ömür böyu Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizə, Vüsal Teymurovlara və onları bu Vətən üçün yetişdirən Qəhrəman valideynlərə borclu olduğumuzu dilə gətirdik…
Şəhidimizin ailə üzvləri, valideynləri-anası Nahidə xanımla və atası Zakir Teymurovla söhbətləşdik, dərdləşdik, onlara təsəlli verməyə çalışdıq…
Bir saatdan çox çəkən ziyarətimizin sonunda xatirə fotoları çəkdirdik, bir daha Teymurovlar ailəsinə səbr dilədik!
Fəxrimiz və Qürurumuzdur!
Nur içində uyusun!
***
FOTOLAR:















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az