Anım Günündə məzarı ziyarət olunan-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELYAZ QARAYEV… – FOTOLAR – YENİLƏNİB

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elyaz Vəli oğlu Qarayevin Anım Günüdür.

Bu gün-28 oktyabr 2025-ci il tarixində Elyaz Qarayevin Əbədiyyətə uğurlanmasından beş il keçir.

Anım Günü ilə bağlı bu gün Şəhidin Dəymədağlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub.

Məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Şəhidin anasının yaşadığı evdə Anım mərasimi düzənlib, adına ehsan verilib, bir daha ruhuna dualar edilib.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Bərdə və Tərtərli Şəhid ailələri, din xadimləri, müəllim və məktəblilər və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Elyaz Qarayev 1998-ci ilin oktyabrın 20-də Bərdənin Dəymədağlı kəndində dünyaya gəlib…

Ailədə bir bacı, bir qardaş olublar…

Bacısı hazırda ailəliüç övlad anasıdır…

Atalarını illər öncə, Elyaz 13 yaşında olarkən itiriblər…

Orta məktəbi bitirdikdən sonra-Ağcabədi və Beyləqan istiqamətində hərbi xidmətdə qulluq edib…

Həqiqi hərbi xidməti başa vurduqdan sonra evinə qayıdıb, fəhləliklə məşğul olub…

Şəhidliyindən cəmi 6 ay öncə isə rayonda Su İdarəsində işə düzəlibmiş…

İkinci Vətən Müharibəsi başlayandan bir gün sonra isə səfərbərliyə cəlb olunub, bir ay Füzuli, Xocavənd, Qubadlı istiqamətlərində döyüşüb…

Qubadlının azad olunmasından, eyni zamanda, 22 yaşının tamamından cəmi bir həftə sonra, oktyabrın 27-də Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…

Nəşi bir gün sonra doğulub boya-başa çatdığı Dəymədağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

O, həm də Dəymədağlının yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”. “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”  “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Bərdədə adını daşıyan küçə var…

22 yaşında Şəhidlik məqamına ucalan Elyaz eyni zamanda, subay olub.

Məkanı cənnətlik, ruhu şad olsun!

Nur içində yatsın!

14:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Niyə bizi arxa-dayaqsız qoyub getdin? Sənə toy edəcəkdik, toysuz bu günyadan köçən balam…Anasını xəstə salan, atasını boynubükük qoyan balam…”-Şəhid anası Fazilə Namazova – ANIM GÜNLƏRİNDƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ ELMƏDDİN NAMAZOV, ASİM CƏFƏRLİ VƏ SƏBUHİ ORUCOVUN MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏCLİSLƏRİ TƏŞKİL EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“…Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq…Biz düşməni torpaqlarımızdan qovmuşuq…İndi də doğma torpağımızda qurub-yaradırıq…”-İlham Əliyev yenidən Cəbrayıl və Zəngilanda-TƏMƏLATMA VƏ AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir