Anım Günündə Şəhid Asim Cəfərlinin-MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ DÜZƏNLƏNƏCƏK…

Bu gün Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Asim Çingiz oğlu Cəfərlinin Anım Günü, üçüncü ildönümüdür.

Asim Cəfərlinin bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.

Anım Günü ilə bağlı məzarı ziyarət olunacaq, ruhuna dualar oxunacaq, qısa çıxışlar ediləcək.

Sonra Piyadalar kəndində, ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənəcək, adına ehsan veriləcək.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Etikxeber.az-ın xəbərinə görə, Asim Cəfərli 2001-ci ilin sentyabr ayının 4-də Bərdənin Piyadalar kəndində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub.

Bacısının biri hazırda ailəlidir.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib.

 Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 27 oktyabr tarixində Piyadalar kənd qəbiristanlığında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

Şəhidliyindən sonra dünyaya gələn bacısının oğlu Onun adını daşıyır.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bakılı İkinci Vətən Müharibəsi Şəhidi-SƏBUHİ ORUCOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Read Next

Suraxanılı İkinci Vətən Müharibəsi Şəhidləri Səbuhi Orucov və Osman Manafovun-ANIM GÜNLƏRİNDƏ MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir