Anım və Cənnətdəki doğum gününə qatıla bilmədiyim Antiterror Şəhidi Elməddin Lətifov, məndən inciyən Şəhid qızı və NƏHAYƏT, ŞƏHİDİMİZİN OCAĞINI, AİLƏSİNİ VƏ MƏZARINI ZİYARƏT… – KAMİL HƏMZƏOĞLU YAZDI

Vətəni Vətən, dağlı-aranlı Qarabağ edən, Vətəni bütövləşdirən Oğullardan biri də Bərdəli Antiterror Şəhidi Elməddin Qabil oğlu Lətifovdur…

O Elməddin Lətifov ki, 36 illik qısa ömrünün, cəmi 36 yaşının son 17 ilini hərb sənətinə, Orduya həsr etdi…

O Elməddin Lətifov ki, Aprel döyüşlərində, İkinci Vətən Müharibəsində, “Qisas” əməliyyatında iştirak etdi bir hərbçi, Vətən sevdalısı kimi, ölümlərdən döndü…

O Elməddin Lətifov ki, dəfələrlə qəzaya uğrasa da, ölümün pəncəsindən qurtulmağı bacardı…

O Elməddin Lətifov ki, cəmi 36 yaşında Şəhidliyi, Şəhadəti seçdi…

O Elməddin Lətifov ki, iki övladını-hələ də Onun yoxluğunu qəbul edə bilməyən, qəmli, kədərli gözləri həsrətlə hər gün ata yolunu gözləyən Dəryasını və babasının adını daşıyan Qabilini ailəsinə, Vətəninə əmanət qoyub getdi…

O Elməddin Lətifov ki, Vətənini, Qarabağını səhhətində ciddi problemləri olan vəfalı, etibarlı həyat yoldaşı Şəbnəm xanımdan, iki övladından, ailəsindən, sevənlərindən üstün tutdu, Şəhidlik zirvəsinə yüksəldi…

O, Elməddin Lətifov ki…

Bu yerdə qeyd edim ki, xanımı tərəfindən dəvət olunsam da, üzrlü və obyektiv səbəblərdən Şəhidimizin sentyabrın 25-də ilk ildömümü mərasiminə-Anım Gününə qatıla bilməmişdim…

Hətta Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, tək və subay övlad Elməddin Hüseynzadənin Anım Günündə Dəryası mənə yaxınlaşaraq “Əmi, Sizdən incimişəm, anam dəvət etdi, amma Siz atamın Anım Gününə gəlmədiniz…”-demiş və mən də söz vermişdim ki, mütləq Şəhidimizin Cənnətdəki ikinci doğum günü məclisinə qatılacağam…

Amma çox təəssüflər və əfsuslar olsun ki, yenə də sözümü tuta bilməmişdim və yenə də üzrlü səbəblərdən…

Və bir Allah bilir ki, nə qədər üzlmüş, təəssüflənmişdim…

Və özümə söz vermişdim ki, mütləq və mütləq Şəhidimizin ocağını, ailəsini ziyarət etməli və Dəryasının könlünü almalıyam…

Və nəhayət, sözümü tuta bildim, bu gün-19 oktyabr 2024-cü il tarixində Elməddin Hüseynzadənin anası Arzu Hüseynova ilə Şəhidimizin Xanağalı kəndində yaşayan ailəsini-iki övladını və xanımını ziyarət etdim…

İlk öncə üzrxahlığımı ifadə etdim və Şəhidimizin ailəsinə Allahdan səbr və dözüm dilədim…

Eyni zamanda, Şəbnəm xanıma Böyük Yaradandan şəfa dilədim…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Şəhidimizin ailəsini, ocağını təxminən 40 dəqiqə çəkən ziyarətdən sonra Arzu Hüseynova və ailəsi, yaxınları ilə birlikdə Elməddin Lətifovun Xanağalı kənd qəbiristanlığındakı məzarını ziyarət etdim…

Məzarı və ruhu qarşısında baş əydim, ruhuna dualar etdim…

Və bugünkü ziyarətimlə az da olsa, yüngülləşdim, mənəvi cəhətdən rahatlıq tapdım…

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid valideynləri ilə Samuxlu Antiterror Şəhidləri-SƏNAN QASIMOV VƏ FİZULİ MƏMMƏDOVUN AİLƏLƏRİNİ, OCAQLARINI ZİYARƏT… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Azərbaycan Haaqa Daimi Arbitraj Məhkəməsinə Ermənistanla bağlı iddia sənədi-TƏQDİM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir