Anım və Zəfər günü ilə bağlı məsələlər-MÜZAKİRƏYƏ ÇIXARILACAQ, ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR İLƏ BAĞLI DİNLƏMƏ KEÇİRİLƏCƏK

Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Həmçinin, Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.

Adıçəkilən komitənin iclasında bu məsələyə də baxılacaq.

Bununla yanaşı, Əmək və sosial siyasət komitəsinin iclasında müharibə veteranlarının, qazilərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial psixoloji adaptasiyasına dair komitə daxilində dinləmə keçiriləcək. 

Eyni zamanda, iclasın gündəliyinə koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri ilə bağlı dinləmə də daxil edilib. 

Etikxeber.az


Read Previous

“Dövlətə Dəstək Hərəkatı” “Terrormenia” filmini-TƏQDİM ETDİ – VİDEO

Read Next

Partiya sədri və sabiq deputat Mayis Səfərli-DÜNYASINI DƏYİŞDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir