Anna Netrebko və Yusif Eyvazov Los-Ancelesdə konsert proqramı ilə çıxış edəcək

Dünya operasının ulduzu Anna Netrebko (soprano) və tanınmış musiqiçi Yusif Eyvazov (tenor) mayın 4-də Los-Anceles Opera Teatrında konsert proqramı ilə çıxış edəcəklər.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumat ifaçıların və Los-Anceles Opera Teatrının saytlarında yer alıb.

Rusiyanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Anna Netrebko operalarda yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

Etikxeber.az

Read Previous

“Cocuq Mərcanlıda 150 evlik yeni qəsəbənin tikintisinə başlanacaq” – HƏSƏNOV

Read Next

Bu klubda yeni baş məşqçisi məlum oldu – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir