ANS-in keçmiş əməkdaşına qarşı apellyasiya şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində  “ANS Müstəqil Yayım və Media” Şirkətinin keçmiş əməkdaşı, kompüterçi-montajçı Sərxan Vəliyevə qarşı apellyasiya şikayətinə baxılıb.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, hakim Valeh  Ağayevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki,  S.Vəliyev “ANS Müstəqil Yayım və Media” Şirkətinə qarşı xidmət haqqının və dəymiş zərərinin ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. O, 870 manat əməkhaqqının ödənilməsini istəyib. Məhkəmə iddianı qismən təmin edib.

Bundan narazı qalan şirkət apellyasiya şikayəti verib.

Etikxeber.az

Read Previous

Azərbaycan millisi Çexiyadan bir xalla qayıdır: 0-0

Read Next

“Әla nәticәdi…” – RÖVNƏQ ABDULLAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir