Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Antiterror Şəhidi Əkrəm Yunus oğlu Şadmanovun doğum günüdür.
Əkrəm Şadmanovun bu gün-1 mart 2025-ci il tarixində 41 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.
Bu gün Əkrəm Şadmanovun Onsuz ikinci doğum günü qeyd olunur.
Etikxeber.az xəbər verir ki, Əkrəm Şadmanov 1984-cü ilin 1 mart tarixində Kəlbəcər rayonunun Zivel kəndində dünyaya gəlib.
Ailənin beş övladından, dörd qardaşdan biri olub.
1993-cü ildə Kəlbəcər rayonu işğal edildikdən sonra ailəsi ilə birlikdə məcburi köçkün düşüblər.
1990-1998-ci illərdə orta məktəbdə oxuyub.
1998-ci ildə 8-ci sinfi bitirdikdən sonra Cəmişid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib.
2001-ci ildə Hərbi Liseyi bitirərək, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.

2005-ci ildə ali-hərbi təhsilini başa vuraraq, Azərbaycan Ordusunda peşəkar hərbçi kimi fəaliyyətə başlayıb.
Leytenant hərbi rütbəsindən polkovnik-leytenant hərbi rütbəsinəcən yüksəlib.
İkinci Vətən Müharibəsində, “Qisas” və Antiterror əməliyyatlarında iştirak edib, qəhrəmanlıqlara imza atıb.
2023-cü ilin 24 sentyabrında isə Xocalının Ağbulaq kəndi istiqamətində mina terrorunun qurbanı olub, Şəhadətə ucalıb.
Nəşi İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra bir sıra medallarla, ümumilikdə 13 medal və 1 ordenlə təltif olunub.
O, həm də ailəli olub.
2008-ci ildə müəllim işləyən əslən Şuşalı Gülşən xanımla ailə həyatı qurub.
İki-bir qız və bir oğlan övladı dünyaya gəlib.
İki övladı-Solmaz adlı qızı və Araz adlı oğlu Vətənə əmanət qalıb.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 41 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





