Antiterror Şəhidi Kənan Ağayevin tək bacısının qız övladı dünyaya gəldi-KÖRPƏYƏ AYDAN ADI QOYULDU

Əslən Ağdərəli, özü isə Oğuzlu olan Antiterror Şəhidi Kənan Ağayevin bacısı Mətanət Ağayevanın üçüncü övladı dünyaya gəlib.

Şəhid bacısının bu dəfə qız övladı olub.

Yencə dünyaya gəlmiş körpəyə isə Aydan adı qoyulub.

Qeyd edək ki, Şəhid bacısının həm də iki oğlan övladı var.

Etikxeber.az xəbər verir ki, Şəhid Kənan Ağayevgil ailədə dörd övlad-üç qardaş və bir bacı olublar.

Qardaşlarından Nurlan Ağayev İkinci Vətən Müharibəsinin iştirakçısı və müharibə veteranıdır.

Kənan Ağayev 2023-cü ilin sentyabrında 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı Şəhid olub.

Atası Vahid Ağayev isə Birinci Qarabağ Müharibəsinin iştirakçısı, müharibə veteranıdır.

Balaca Aydanın dünyaya gəlişi, qədəmləri mübarək, dayısın ruhu köməyi olsun!

Amin!

Etikxeber.az

Read Previous

Sabah Cənnətdəki doğum günləri və Anım Günü olan Şəhidlərimiz-ALTAY MÖVLANOV, EMİL İSGƏNDƏROV, SAMİR XUDİYEV, ŞƏHRİYAR ƏLİYEV VƏ SİYAVUŞ MURADOV…

Read Next

Daha 30 ukraynalı uşaq Azərbaycana gətirildi-SƏFİR MİNNƏTDARLIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir