Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı bu media quruluşuna daxil olan saytların bloklanması məsələsinə aydınlıq gətirib.
Etikxeber.az məlumat verir ki, V.Mahirqızı bu haqda “Facebook” statusunda qeyd edib ki, müəyyən problemlər yarandığına görə “APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb:

“Müəyyən problemlər yarandığına görə “APA Holding”ə daxil olan saytların fəaliyyəti şirkətin özü tərəfindən dayandırılıb. Araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, “APA Holding”ə daxil olan saytların fəaliyyəti avqustun 1-də axşam saatlarında dayandırılıb. Nəticədə Apa.az, Lent.az, Vesti.az, APA.TV saytlarına giriş məhdudlaşıb.
Etikxeber.az





