APOEL -“Qəbələ” oyununun hakimləri açıqlandı…

UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək APOEL (Kipr)-“Qəbələ” oyununun hakimləri açıqlanıb.

Etikxeber.az xəbər verir ki, matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Furkat Atacanov olacaq. Ona Denis Labaşyov və Sergey Kalaçyov kömək edəcəklər. Görüşün dördüncü hakimi yerli assosiasiya təmsilçisi olacaq ki, onun adı hələ dəqiqləşməyib.

Qarşılaşmanın UEFA nümayəndəsi Vasko Doyçinovski (Şimali Makedoniya), hakim-inspektor Xristos Nikolaidis (Kipr) olacaq.

Oktyabrın 2-də Nikosiyadakı “Makarion” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Etikxeber.az

Read Previous

“Mən icazə vermədim, dedim ki…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

QDİƏT PM-in komitə iclası başladı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir